Yuxarı

309 düşmən öldürən qadın snayper

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əvvəlcə, Rusiya və Ukraynanın çəkdiyi bir filmdən danışım, sonra cəbhə xəttindəki vəziyyətə keçəcəm.

"Sevastopol uğrunda döyüş" adlanan bu filmin əvvəlində top mərmisinə bənzəyən kök bir qadının içəri girib "Başladı!" deməsi, əslində, hər şeyin bitməsi idi. İnsanlığın ikinci plana düşdüyü İkinci Dünya müharibəsi başlamışdı.

Qadın snayper döyüşdə qələbənin yarısı deməkdir. Buna görə də Sovet ordusu peşəkar snayperlər hazırlamaq üçün fəaliyyətə keçir. Yüzlərlə qadın orduya cəlb olunur. Əyilib evinin döşəməsini silməyən ərköyün qızları birdən-birə gətirib palçığın içində süründürürlər. Zabitlərdən biri onların şkafını axtararkən kukla və qadın ləvazimatları tapır. Sonra əmr verir ki, əşyalar yandırılsın. Elə həmin ocaqda da o qadınların xanımlığı yanır. Onların qadınlıq dövrü başa çatır.

Sonralar Lyudmila Pavliçenkonun da qadınlığı çıxıb gedir və o, müharibə ərzində 309 faşist öldürür.

Film real hadisə əsasında çəkilib. Ancaq qadın snayperlərlə bağlı çoxlu əfsanələr dolaşır. Elə bizdə də əsgərlər arasında belə nağıllar yayılıb. Guya erməni qadın snayperə tapşırıblar ki, Azərbaycanın filan postundakı filan zabiti vursun. Bu vəhşi qadın da hazırlaşıb qurbanını gözləyirmiş. Atəş açmaq istəyəndə zabitimizin gül camalına aşiq olub, tətiyi sıxa bilməyib. Hələ gecə ikən gəlib zabitimizin üstünə bir qızılgül, bir də güllə qoyub. Hələ görüşüblər də, o erməni qadın zabitimizdən uşaq da doğub. Uşağın da adını Bilqeyis qoyublar. Bax, belə bir Braziliya serialı.

Təəssüf ki, bizim toplum hər şeyin bayağı olanına meyil edir. Məsələn, Braziliya futbolunu örnək götürə bilərdi, ancaq gəlib Braziliya seriallarını götürüb.

Tarixən də belə olub. Biz Gürcüstanı çaxırına, Rusiyanı qızlarına görə tanımışıq.

Ümumiyyətlə, Battal Qazi və hind filmləri ilə böyüyən bir toplumun belə əfsanələr uydurması təbiidir. Amma bunun ağır fəsadları olur. Məsələn, bizim ağ atlı igidimiz belə şeylərə uyub qız tutmaq üçün gecə vaxtı səngərdə telefonla danışır. Telefonun işığı düşmən snayperinin hədəfinə gəlir... və PAART! Telefonun və hansısa rayonda bir evin işığı sönür... Xəttin o biri başında qadın qışqırığı... bu biri başında sönük xırıltı.

Əsgər məsuliyyətsizliyinə görə belə bədbəxt hadisələr baş verir. Postlardan birində bir əsgər tərxis olunmasına bir gün qalmış snayperlə vuruldu. Səbəb isə ağlasığmazdır. Demək, bu qardaş çıxıb səngərin üstünə və ermənilərə tərəf qışqırıb ki, şərəfsizlər, mənə heç nə eləyə bilmədiniz, sabah gedirəm evimə, qalın çürüyün burda... Təəssüf, indi özü çürüyür torpağın altında. Əsgər yoldaşları danışır ki, elə sözü ağzında qaldı, snayperlə düz alnından vurdular. İndi qonşular anasının naləsindən yata bilmir.

Bax, bu tip "bomba oğlan" davranışları mülki həyatdakı dağarlığın nəticəsidir. Bunlar dünya elm nəhəngi Yaponiyanı mafiya lideri Yaponçikin adına görə tanıyan gənclərdir.

Belələri xəstə anasına dərman almır, ancaq bir qadını soyub "içəri" düşən dostuna "qrev" göndərir.

Bütün bunlar kütləvi savadsızlığın nəticəsidir. Məktəblərdə, universitetlərdə məzmunsuz fənlərin əvəzinə hərbi sahədə maarifləndirmə işləri aparılmalıdır. Əsgərə başa salmaq lazımdır ki, hərbidən baş çıxarmaq üçün əvvəlcə başını səngərdən çıxarmamalısan.

Bu gün dərsliklərdə işğal altında olan rayonlar haqda "Qan yaddaşı" yazılıb. İndi belə pafos xarakterli mətnlər lüzumsuzdur. Çünki romantika dövrü başa çatıb. Artıq Azərbaycan gənci bilməlidir ki, Xocavəndin, Şuşanın işğal tarixini əzbərləmək vətənpərvərlik deyil. Vətənpərvərlik sağ qalmaqdır.

Təsəvvür elə: adam gedib Qarabağda ayağının birini itirib, sən də durub ondan Şuşanın işğal tarixini soruşursan, bilməyəndə də torpağını sevməməkdə ittiham edirsən.

Kitablardakı o siyahının əvəzinə hərbi xidmətdə davranış qaydaları ilə bağlı maarifləndirmə xarakterli yazılar yerləşdirilsə, daha faydalı olar. Döyüş yeganə sahədir ki, orda ağıldan çox insana təcrübə lazım olur. Gənclər hərbi xidmətə gedənlərə heç vaxt düşməndən deyil, öz əsgərimizdən qorunmaq haqda məlumat verirlər. Çünki bizim gənclik özü özünə düşmən kəsilib.

Nəsə... Bir də təəssüf ki, hər gün səhəri eyni xəbərlə açırıq...

Tarix
2015.07.29 / 08:45
Müəllif
Aqşin Evrən
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla