Yuxarı

Çin çökür: Neft Fondu yuanları dəyişəcəkmi?

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin iqtisadiyyatında son günlər baş verən tənəzzül bu valyutanı ucuzlaşdıra bilər.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı-ekspert Samir Əliyev Çin birjasında baş verən hadisələri şərh edərkən deyib. Mütəxəssisin sözlərinə görə, belə bir vəziyyətdə Çinə yatırılan investisiyalar səmərəliliyini itirir:

"Çin iqtisadiyyatında müşahidə edilən tənəzzül elementləri, fond birjasının çökməsi, yuanın və Çin aktivlərinin cəlbediciliyini azaldır. Hazırda Azərbaycan Neft Fondunun aktivlərinin 1,4%-i yuanda saxlanılır. Söhbət 3 milyard yuandan gedir. Fond 2-ci rübdə Çün valyutasını ehtiyatlarına daxil edib. İndi isə yuan təhlükə qarşısındadır və hesab edirəm ki, NF təcili tədbirlər görməlidir. Çünki Çin iqtisadiyyatının əvvəlki imkanlarını bərpa ehtimalı barədə danışmaq olduqca tezdir".

Xatırladaq ki, Dövlət Neft Fondu (ARDNF) investisiya portfelinin valyuta səbətinin yüksək diversifikasiyanın təmin edilməsi istiqamətində Çin yuanında investisiyalara başlamışdı.

Bu məqsədlə 2014-cü ildə Çinin Mərkəzi Bankından (PBOC) alınmış lizensiya çərçivəsində 3 milyard yuan məbləğində vəsait Çinin dövlət və agentliklərinin istiqrazlarına yerləşdirilmişdi.

Tarix
2015.07.29 / 09:09
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla