Yuxarı

Azərbaycanda gömrük idxal rüsumu ləğv edildi - Siyahı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nazirlər Kabineti "Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında" qərarında dəyişiklik edib.

Report xəbər verir ki, dəyişikliklə bağlı qərarı baş nazir Artur Rasi-zadə imzalayıb.

Qərarla "Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təsdiqedici sənədinə əsasən, Mingəçevir Yüksək Texnologiyalar Parkının rezidenti olan hüquqi şəxs və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs tərəfindən gömrük rüsumlarından azad olunmaqla idxal edilən qurğuların, hissə və ləvazimatların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə Siyahısı" təsdiqlənib.
Qərar avqustun 29-da qüvvəyə minəcək və 7 il müddətində qüvvədə olacaq.

Siyahıya "Qrup 84" üzrə yaddaş qurğuları (sərt maqnit disklərdə), hesablayıcı maşınların digər qurğuları, 8471 mal mövqeyindəki maşınların hissələri və ləvazimatları (elektron modulları), 8471 mal mövqeyindəki maşınların hissələri və ləvazimatları (digərləri), "Qrup 85" üzrə digər monitorlar (yalnız və ya əsasən 8471 mal mövqeyində göstərilən hesablayıcı sistemlərdə istifadə olunan), elektron inteqral sxemlər (prosessorlar və kontrollerlər, yaddaş qurğuları ilə, dəyişdiricilərlə, məntiqi sxemlərlə, gücləndiricilərlə, sinxronizatorlarla və ya digər sxemlərlə birləşdirilmiş və ya birləşdirilməmişlər daxildir.

Tarix
2015.07.29 / 09:43
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla