Yuxarı

QRU şefinin İrəvan səfəri: Rusiya daha bir işğal planlaşdırır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Baş Kəşfiyyat İdarəsinin rəhbəri İqor Serqun İrəvana Rusiya rəhbərliyi tərəfindən göndərilib.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Rasim Musabəyov QRU rəhbəri general-polkovnik Serqunun Ermənistana iyulun 25-də etdiyi səfəri şərh edərkən yazıb.

Onun sözlərinə görə, Kremlin bu səfəri gerçəkləşdirməkdə məqsədi regionda hərbi balansın Azərbaycanın xeyrinə dəyişməsiylə əlaqədar Ermənistan rəhbərliyinə öz ambisiyalarını cilovlamağı məsləhət görməsidir:

"Serqunun Ermənistana səfərində ilk məqsəd ordu kəşfiyyatına aid olan səlahiyyətlərlə bağlıdır. Ənənəvi olaraq hələ Sovet dövründən bu yana Baş Kəşfiyyat İdarəsi və Xarici Kəşfiyyat Xidməti aktiv şəkildə öz agentləri və informasiya mənbələri kimi xaricdəki erməni diasporundan istifadə ediblər. Yaxın Şərqdəki gərgin situasiya ilə əlaqədar Suriya, Livan, Türkiyə və İrandakı ermənilərin Rusiya kəşfiyyatına xidməti Ermənistanın müxtəlif strukturları vasitəsilə koordinasiya edilməsi tələb olunur. Baş Kəşfiyyat İdarəsi üçün son illər ən vacib fəaliyyət istiqmətlərindən biri Gürcüstandır – çünki Qərb bu ölkədə güclənməkdə davam edir. Burada artıq NATO-nun hərbi infrastrukturu formalaşır. Batumi və Axalkalakidə uzun müddət Sovet diviziyaları yerləşib, burada yaşayan ermənilərdən geniş agentura şəbəkəsinin qurulmasında istifadə edilib. Gürcüstan və Rusiya ilə diplomatik münasibətlərin olmaması bu agenturanın Ermənistandan idarə edilməsi və aktivləşdirilməsini zəruri edir. Şübhə etmirəm ki, Serqunun Ermənistana səfəri təkcə Azərbaycan yox, həm də Türkiyə, Gürcüstan və NATO tərəfindən diqqətə alınıb və analiz edilib. Serqunun səfərindən dərhal sonra Ermənistan müdafiə nazirinin birinici müavini David Tonoyan Gürcüstana öncədən planlaşdırılmamış səfər edib. Mətbuatdakı məlumata görə, tərəflər öz ərazilərindən bir-birinə qarşı düşmən fəaliyyətinin həyata keçirilməməsi ilə bağlı söz veriblər. Lakin bölgədə Rusiya, Türkiyə və ABŞ-ın aktivliyini nəzərə alsaq, buna inanmaq çətindir".

Tarix
2015.07.29 / 12:08
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

5 gündür susan Makron barmaqlamağa başladı...

Japarov Bakıda: Mühüm iclas başladı

Prezidentlərin məhdud tərkibdə görüşü oldu

Sülhməramlıların ardınca bayraqları da götürüldü - Video

Bizi savaşa təhrik edirlər: onları Bakıya verək - Sukiasyan

Bakı İrəvanı ağıllandırır: simvolik günlərdən biri də silinir

Japarovun rəsmi qarşılanma mərasimi...

Misirdən Bakı və İrəvan razılşmasına reaksiya

DAK-ın qurultayı Albaniyada keçirilə bilər

Japarov Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla