Yuxarı

“Köçəryan Sərkisyanı ona görə prezident qoydu ki…”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Donald Tuskla birgə keçirdiyi mətbuat konfransında Ermənistan prezidenti Serj Sərkisyanın kimliyi barədə diqqət çəkən açıqlamalar verdi. D.Tusk Ermənistanda olarkən prezident S.Sərkisyanla da birlikdə mətbuat konfransı keçirmişdi. O zaman S.Sərkisyan Azərbaycan və onun Prezidentinin ünvanına bəzi hədyanlar səsləndirmişdi. S.Sərkisyan D.Tuskdan Azərbaycan haqqında səsləndirdiyi fikirlərə dəstək istəsə də, Avropa rəsmisi Ermənistan prezidentinə dəstək vermədi.

Bunu Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloqun sözlərinə görə, S.Sərkisyan özü də etiraf etdi ki, D.Tusk onun Azərbaycan əleyhinə fikirlərinə dəstək vermədi:

"Prezident İlham Əliyev D.Tuskla birlikdə keçirdiyi mətbuat konfransında S.Sərkisyanın özündən əvvəlki prezident tərəfindən təyin olunduğunu bildirdi. Bu həqiqətən belədir. S.Sərkisyan və R.Koçaryan hər ikisi Qarabağ klanının rəhbərləridir. İş elə gətirib ki, həmişə S.Sərkisyan R.Koçaryanın dalınca sürünüb. S.Sərkisyan R.Koçaryanın xidmətçisi rolunda çıxış edib. Eləcə də, R.Köçəryana S.Sərkisyanın nəslinin kimliyi də çox yaxşı bəllidir. Ona görə S.Sərkisyan həqiqətən sədaqətli xidmətçi və mühafizəçi rolunda çıxış edə bilib. Nəticədə Dağlıq Qarabağdakı vəzifələri bir yana, S.Sərkisyan Ermənistanın Daxili İşlər və Təhlükəsizlik Naziri, sonra isə uzun müddət Ermənistanın Müdafiə Naziri işlədi. R.Köçəryan S.Sərkisyanı Ermənistanın Baş Naziri təyin etdi".

M.Əhmədoğlu bildirib ki, Ermənistanın o zamankı prezidenti R.Köçəryanın 2008-ci ilin fevral ayında Ermənistan mətbuatına verdiyi müsahibələrin təhlili göstərir ki, Qarabağ klanının başçısı R.Kəçəryan S.Sərkisyanı prezidentliyə hazırlayırdı: "Az keçmiş R.Köçəryan özü bunu açıq şəkildə elan etdi. 2008-cil il fevralın 17-də erməni jurnalistinə verdiyi bir müsahibəsində etiraf etdi ki, son 6-7 ayda S.Sərkisyanla birlikdə onun prezidentliyə namizədliyini müzakirə ediblər. Eləcə də, R.Köçəryan indiki prizmadan baxanda çox kəskin diqqət çəkən açıqlama vermişdi: Mən öz ailəmi ancaq S.Sərkisyana etibar edə bilərəm. R.Köçəryan o zaman da bilirdi ki, cinayətkardır, özü və ailəsi gec-tez Ermənistanın daxilində müəyyən qrupların qarşısında cavab verməli olacaq. Bununla yanaşı həm də bilirdi ki, Beynəlxalq Hüquq nə zamansa erməni cinayətkarlığına qarşı işə düşə bilər. Çünki Xocalı soyqırımı R.Köçəryanla S.Sərkisyanın fəaliyyətinin nəticəsidir. Ona görə ailəsini, özünü mühafizə etməkdən ötrü məhz S.Sərkisyanı prezident etdi".

Mərkəz rəhbəri sonra əlavə edib ki, S.Sərkisyan və R.Köçəryan həm də cinayətlər üzrə müttəfiq idilər: "S.Sərkisyan R.Köçəryan ağasına sədaqətlə xidmət etdi. Çünki 2008-ci il 1 mart hadisələri əslində, S.Sərkisyanla R.Köçəryanın birgə cinayəti idi. S.Sərkisyan o zaman istəsə idi, ikinci tura getməklə qandan qaça bilərdi. Amma o ikinci tura razılıq vermədi və Köçəryanın martın 1-də dinc nümayişçilərə qarşı tətbiq etdiyi zorakılığı dəstəklədi. S.Sərkisyan R.Köçəryanın hansı şəraitdə əmr verdiyinin üstünü açmadı. Çünki bu məsələ açılsaydı, R.Köçəryana cinayət işi qaldırıla bilərdi. Sonradan bəlli oldu ki, məhz o zaman "antirusiya" layihələrin hamısının müəllifi R.Köçəryandır".

Politoloqun sözlərinə görə, o zaman R.Köçəryan bilirdi ki, Rusiya tərəfdən müəyyən cəzalar ala bilər: "İndi baş verənlər göstərir ki, R.Köçəryanın Rusiya ilə ciddi problemləri var. Hətta Rusiya ərazisinə qədəm qoya bilmir. Bütün bunlara baxmayaraq, S.Sərkisyan onu möhkəmcə müdafiə edir. R.Köçəryan və S.Sərkisyanın birgə antirusiya fəaliyyəti ilə bağlı digər bir misal. S.Sərkisyan müdafiə naziri işləyərkən Moskva ətrafında (Podmoskovye) xeyli mülkləri, zavodları var idi. O zavodlardan əldə olunan gəlir hesabına Ermənistanın Müdafiə Nazirliyi büdcədən kənar maliyyə əldə edirdi. R.Köçaryanla birgə məsləhətləşdikdən sonra S.Sərkisyan Rusiya ərazisindəki mülklərini satıb tədricən ABŞ ərazisində mülk aldı. ABŞ-da S.Sərkisyanın külli miqdarda mülkü var. Mülk ABŞ-ın mənzil fondundadır və bu mülkləri S.Sərkisyanın qardaşı Saşik Sərkisyan idarə edir".

M.Əhmədoğlunun qənaətincə, S.Sərkisyanın demokratiyası da özünəməxsus demokratiyadır: "Evinin qarşısında nümayişçiləri yanına çağırır və təhqir edir ki, mən sizin prezidentinizəm. Bu o deməkdir ki, mən yatmamalıyam, siz kimsiniz və s. 1 mart hadisələri Ermənistanda demokratiyanın keyfiyyətinin ən bariz nümunəsidir. S.Sərkisyan, eləcə də R.Köçaryan dövründə də heç bir seçki qansız ötüşməyib. Demokratik görüntü S.Sərkisyana iki məsələyə görə lazımdır: 1. Azərbaycana qarşı mübarizə aparmaq üçün Avropadakı, ABŞ-dakı müəyyən dairələri cəlb etməkdən ötrü hökmən demokratik görünməlidir. 2. Demokratiya kasıb Ermənistanın pul mənbələrindən biridir. Aİ demokratiya adı ilə hər il Ermənistana 50-60 milyon avro qrant ayırır".

Tarix
2015.07.29 / 14:25
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla