Ana səhifə Planet |
İyunun 7-dən bəri 657 terror aksiyası keçirilib, İŞİD, PKK və DHKP-C eyni vaxtda hücuma başlayıb.
Axar.az xəbər verir ki, bunu Türkiyə Baş naziri Əhməd Davudoğlu Türkiyə parlamentində AKP qrup toplantısında etdiyi çıxışında deyib.
"Üçtərəfli hücumların hədəfi Türkiyə dövləti, demokratiyta və insan haqlarıdır. Hücumların ikinci hədəfi ictimai asayiş, üçüncü hədəfi isə Türkiyənin beynəlxalq nüfuzudur", - Davudoğlu bildirib.
Baş nazir terror qruplaşmalarına xəbərdarlıq etməyi də yaddan çıxarmayıb:
"Biz şəhid versək, o şəhidin öldürülmə təlimatını verənlərə qarşı hər cür addım atmağa davam edəcəyik. Bizim səbrimizi, qərarlılığımızı yoxlamasınlar. Bir aslanımızı itirə bilərik, amma Anadolunun minlərlə, yüzminlərlə aslanı ayaqdadır. Onlar eyni vaxtda və geniş hücumlar edirsə, biz də bu əməliyyatları eyni vaxtda aparacağıq. 3 yox 33 terror təşkilatı ilə mübarizə aparmağa gücümüz çatar və bu gücü göstərəcəyik".
Tarix
2015.07.29 / 15:45
|
Müəllif
Axar.az
|