Yuxarı

Rafael Dadaşov: “Biz filik, onları tapdalayarıq”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biz hər yaşda sənətkarlığımızı sübut etməyə çalışırıq.

Axar.az xəbər verir ki, bu sözləri xalq artisti Rafael Dadaşov son vaxtlar Akademik Milli Dram Teatrında baş verən qalmaqallarla bağlı ölkə.az-a geniş müsahibəsində deyib. Onun sözlərinə görə, bəziləri teatrı özünün şəxsi obyekti sayır:

"Gəlib ermənisayağı danışmağa başlayıblar ki, bura mənimdir. Ən qorxulu heyvan fildir. Nəbadə filləri qıcıqlandırasan, sonra qabağında dayanmaq olmaz. Yerlə-yeksan edər hər şeyi. Biz bu teatrın filləriyik, sakitcə başımızı aşağı salıb, işimizi görürük. Məktəb keçmiş aktyorlar, sənətkarlarıq, çalışırıq, hər yaşımızda bir rol yaradaq ki, yaddaşlarda qalsın. Gənclikdə bunu oynamışıq, orta yaşımızda bu, qocalıqda bu... Bu yaxınlarda Rafiq Əzimov, Ramiz Məlik və mən "Qoca kloun tələb olunur" tamaşasını oynamışıq. Biz hər yaşda sənətkarlığımızı sübut etməyə çalışırıq. Ə, sən kimsən, gəlib deyəsən ki, bu, aktyor deyil? Sən özün kimsən, nəçisən? Bizim təsdiqə ehtiyacımız yoxdur. Amma bu yaşda da iş görə bildiyimizi təsdiq etmək istəyirik".

Xalq artisti "Azdrama"nın direktoru İsrafil İsrafilovun da ünvanına fikirlər səsləndirib:

"Ay İsrafil müəllim, siz niyə bunlara imkan verdiniz ki, bu gün bizi ləkələyirlər, başımızın üstündən tullanmaq istəyirlər. Biz bu evin yiyəsiyik, gəlmələr, özünüzü yaxşı aparın. Filləri qızışdırmayın, tapdalanarsınız. İsrafil müəllim, bir çarə qılın, yığışdırın bunları. Görürsünüz qapını hamının üzünə açmağın nəticəsini? Gəlib deyirlər ki, bunlar kimdirlər? Elə deyil. Biz bizik. Biz nə qədər səhnədə olacağıqsa, bunlar hamısı batacaqlar".

Tarix
2015.07.29 / 18:46
Müəllif
Nigar An
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla