Yuxarı

Putin ən böyük təhlükəni açıqladı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin radikal terror təşkilatlarının beynəlxalq cinayət təşkilatları ilə birləşməsinin dünya üçün ən böyük təhlükə olduğunu deyib.

Axar.az məlumat verir ki, Yaroslavl şəhərində təşkil edilən beynəlxalq kəşfiyyat təşkilatları və hüquq-mühafizə qüvvələrinin 14-cü toplantısına məktub ünvanlayan Kreml rəhbəri terrorçuluğun inkişafından böyük narahatlıq duyduğunu bildirib.

Putinin sözlərinə görə, bu gün dünyanın ən pis vəziyyətdə olan regionları Yaxın Şərq və Şimali Afrikadır:

"Terrorçular bu iki bölgəni mərkəz kimi istifadə edir. Onlar bu bölgələrdə yerli dəstəkçilər taparaq onlara təlim keçir. Öyrətdikləri insanlar digər dövlətlərin qeyri-sabit hala gətirilməsi üçün istifadə edilir".

Putin mövcud təhdidlərə qarşı dünya dövlətlərinin sistemli iş və əməkdaşlıq çərçivəsində mübarizə aparmalı olduğunu qeyd edib. O, toplantının fərqli ölkələrdəki kəşfiyyat təşkilatları, təhlükəsizlik vahidləri və hüquq-mühafizə qüvvələri arasındakı ünsiyyəti artırması baxımından əhəmiyyətli olduğunu deyib.

Bu arada Rusiya Federal Təhlükəsizlik Xidmətinin sədri Aleksandr Bortnikov İŞİD daxilində 100-dən çox ölkə vətəndaşının olduğunu açıqlayıb. Yığıncaqda danışan Bortnikov hazırda İŞİD-in təbliğat sahəsində təşəbbüsü ələ keçirdiyini, beynəlxalq cəmiyyətin isə lazımi tədbirlər görmədiyini bildirib.

Tarix
2015.07.29 / 20:29
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla