Yuxarı

Daha bir əfsanə prezidentliyə namizəd oldu

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futbol dünyasının canlı əfsanələrindən olan Dieqo Armando Maradona da FİFA prezidentliyinə seçkilərdə iştirak edəcək.

Axar.az ANS-ə istinadla xəbər verir ki, Maradona bu barədə danışarkən "FİFA-ya mənə iş verən Birləşmiş Ərəb Əmirliyinə görə qayıdacağam" deyib:

"Ən əsası isə mənə görə bu qədər çox çətinliklər yaşayan ailəmin xətrinə qayıdacağam. Mən intiqam fikri ilə deyil, futbolda dəyişikliklər etmək ideyası ilə qayıdacağam. Korrupsiya, oğurluq artıq kifayətdi".

FİFA tarixində ən böyük qalmaqal mayın 27-də Sürixdə şirkətin yeddi nəfər yüksək rütbəli məmurunun rüşvətə görə tutulması zamanı baş verib. Baş verən hadisələrin fonunda Blatter növbəti dəfə prezident seçilməsinə baxmayaraq, istefa verib. FİFA prezidentliyinə yeni seçkilər 2016-cı il fevralın 26-da keçiriləcək.

İndiyə qədər FİFA prezidentliyinə Fransa millisinin keçmiş üzvü David Jinola, braziliyalı keçmiş futbolçu Artur Ziko, Cənubi Koreya Futbol Assosiasiyasının keçmiş prezidenti Çon Moncun, İordaniya şahzadəsi Əli bin Əl-Hüseyn, Liberiya Futbol Assosiasiyasının prezidenti Musa Biliti namizədliyini irəli sürüb.

Bu gün isə daha bir canlı əfsanə - Mişel Platini də prezidentliyə namizəd olacağını açıqlayıb və futbol federasiyalarına bununla bağlı məktub ünvanlayıb.

Tarix
2015.07.30 / 00:43
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Əliyevlə Japarov Ağdamda... - Foto

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla