Yuxarı

Nadirə görə canlı yayım dayandı – Video

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto

Heç bir ayrı-seçkilikdən söhbət gedə bilməz.

Bu sözləri xalq artisti Nisə Qasımova ATV kanalında yayımlanan "Azərbaycanın səsi" verilişində Nadir Qafarzadənin türk iştirakçıya qarşı sərgilədiyi mövqe ilə bağlı Axar.az-a danışarkən deyib:

"Keçən dəfə Türkiyədən Hülya adlı bir ifaçı gəldi. Mən onu bəyənmədim, amma Nadir Qafarzadə onu seçdi. Dedi ki, uzaqdan gəlib, özümüzünküdür. Xanım "Xızı dağları" mahnısını ifa etdi. Mən hətta Nadirlə zarafatlaşıb dedim ki, onu "Xızı dağları" mahnısını ifa etdiyinə görə seçdin. Dedi ki, yox, sadəcə, uzaq yol gəlib, türkdür, həm də ifasını bəyəndim.

Yəni Nadir bəyin bu addımı ayrı-seçkilik kimi dəyərləndirilməməlidir. Sadəcə, Nadir istəyərdi ki, o iştirakçı Azərbaycan mahnısı da oxusun. Onun bir münsif kimi bunu istəməyə haqqı var. Mənim qrupumda olan iştirakçı olduğuna görə onun müdafiəsinə qalxdım. Çalışacam ki, gələn məşqlərdə ona Azərbaycan mahnısı öyrədim. Nadirin də fikir söyləməyə haqqı var. O, bizim kaprizli qardaşımızdır. Mən ona "ərköyün qardaşım" deyirəm.

Qeyd edək ki, axşam.az-ın məlumatına görə, müğənni Nadir Qafarzadə ATV kanalında yayımlanan "Azərbaycan səsi" layihəsində türk iştirakçı Davut Gülə Azərbaycan mahnısı oxumamaqla bağlı iradlarını bildirib və qısa müddət sonra canlı yayım dayandırılıb.

Tarix
2015.07.30 / 01:41
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla