Yuxarı

Uşaqları bu xəstəlikdən qoruyun – Baş pediatr

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

38 və 38,5 dərəcə temperatur olmadığı halda hərarətsalan dərmanlardan istifadə etmək olmaz.

Bu sözləri K.Fəracova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, respublikanın baş pediatrı professor Nəsib Quliyev son vaxtlar uşaqlarda qızdırma ilə müşahidə olunan virusun yayılması şübhəsi barədə Axar.az-a danışarkən deyib. Onun sözlərinə görə, bu, xüsusi virus deyil:

"Uşaqlarda qızdırma hallarına ilin bütün vaxtlarında rast gəlinir. Yaz, yay aylarında isə bu hal nisbətən tez-tez təkrarlanır. Azyaşlı uşaqlar üçün hərarətin qalxması böyüklərə nisbətən daha təhlükəlidir. Körpələrdə əsəb sistemi tam formalaşmadığına görə sinirlərin böyük bir qisminin üstü myelin qişası ilə örtülməmiş olur. Bu da qızdırmanın qısa müddətdə bütün bədənə yayılmasına, qıcolma və beyin ödəminə gətirib çıxarır. Ona görə uşaqların hərarəti azı iki saatdan bir yoxlanılmalıdır. Qızdırmanı aşağı salmaq üçün həm də dərman preparatlarından istifadə etmək lazımdır. 38 və 38,5 dərəcə temperatur olmadığı təqdirdə isə hərarətsalan dərmanlardan istifadə etmək olmaz. Uşaqlara həddən çox hərarətsalan dərmanların verilməsi qanın parçalanması və "hemoliz" adlanan qorxulu fəsadla nəticələnə bilər. Sadəcə, hərarətin çox qalxmamasına tez-tez nəzarət etmək lazımdır".

Artıq bir aydan artıqdır ki, valideynlər körpələrdə qızdırma ilə müşayiət olunan xəstəlikdən gileylidirlər. Bu xəstəliyin əksər ailələrdə yaşanması isə epidemiya narahatlığı yaradıb.

Tarix
2015.07.30 / 08:30
Müəllif
Nigar An
Şərhlər
Digər xəbərlər

Vardanyanın maliyyələşdirdiyi bu “institut”... - İcma

Ermənistanla Azərbaycan arasında beynəlxalq sərhəd...

Qordon: İyula qədər elə bir hadisə baş verəcək ki... - Video

Müharibə iştirakçılarının müavinətləri bu qədər olacaq

İrəvanda təlaş: Azərbaycan bu əraziləri götürəcək

İran İsrailə raket atdı, öz şəhərini vurdu

ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək?

Bakı və Belqrad arasında mühüm telefon danışığı

Sabiq nazirin məhkəməsi: Pulu Həbibbəyliyə verirdim!

Qırğızıstan liderinin Bakıya səfər proqramı açıqlandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla