Yuxarı

Nazir qohumunun qətlindən yeni xəbər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Eks-nazirin qohumunu qətlə yetirən arvadı Bakı İstintaq Təcridxanasında saxlanılır.

Axar.az-a özəl mənbədən verilən xəbərə görə, sabiq maliyyə naziri Əvəz Ələkbərovun xalası oğlu Füzuli İsgəndərovun qatili olan həyat yoldaşının istintaqı davam edir.

2014-cü ilin sentyabrın 1-də baş verən qətldən 9 aydan çox vaxt keçəndən sonra cinayəti F.İsgəndərovun həyat yoldaşı Xalidə İsgəndərova törətdiyi təsbit edilib. İlk günlərdə hadisədə qızı Əmanə İsgəndərovanın da əli olduğu iddia edilsə də, istintaqa cəlb olunmayıb.

Mənbənin sözlərinə görə, qətlin təfərrüatı bu günə kimi sirr olaraq qalır. Onun ərini niyə öldürdüyü açıqlanmasa da, münasibətlərdə daima gərginlik, mübahisə yaşandığı söylənilir. F.İsgəndərovla həyat yoldaşı yola getmirmiş.

Yaxınları isə cinayətin detallarını ictimaiyyət üçün gizli saxlamağa çalışır. Qadının ərini tamah məqsədi ilə öldürməsi ehtimalı da təsdiqini tapmır, çünki artıq müflis vəziyyətdədirlər. Sadəcə, qətlin övladlarının toyundan bir neçə gün sonra baş verməsi açıq suallar qoyub.

Mərhumun iki qızı var. Hər ikisi F.İsgəndərovun doğma övladlarıdır və bir dəfə evliliyi olub. Məlumata görə, qətli törədən X.İsgəndərovanın psixoloji problemləri olub, tez-tez özündən çıxırmış, müxtəlif hallara düşürmüş. Qatilin əvvəllər də ərinə hücumlar etdiyi, evdə mübahisələr yarandığı söylənir.

2014-cü il avqustun 29-da F.İsgəndərov qızına təmtəraqlı toy etmişdi. İstintaqın ilk günlərdə ehtimal belə idi ki, qızının toyundan iki gün sonra qətlə yetirilməsinin məqsədi soyğunçuluqdur. Cani toyda külli miqdarda pul yığıldığı düşüncəsində olub. Qatillə mərhumun evin qarajı önündə əlbəyaxa olduğu və 19 bıçaq zərbəsi ilə sabiq nazirin qohumunun öldürüldüyü deyilirdi. Hətta qatilin daha sonra evə girdiyi və F.İsgəndərovun xanımını boğmağa başladığı, bu zaman üzündən maskası düşdüyü, bundan sonra qadını buraxaraq qaçıb getdiyi iddia olunurdu.

Ancaq məlum olur ki, mərhumun yoldaşı bu informasiyaları sızdırmaqla məsuliyyətdən yayınırmış.

F.İsgəndərov uzun illər Daşınmaz Əmlak üzrə Dövlət reyestri Xidmətinin rəis müavini olub.

Tarix
2015.07.30 / 08:45
Müəllif
Emin Aslanlı
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla