Yuxarı

Nazirlik helikopterlərlə axtarışa başladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nazirlik Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisində "Narkotiklərlə mübarizəyə dair İllik Tədbirlər Planı"na müvafiq olaraq reyd keçirib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinindən Axar.az-a verilən məlumata görə, keçirilən reyd zamanı xüsusi texnikanın - helikopter və çəkiliş aparan paraplanların köməkliyi ilə qoruğun Gərəkli sahəsinin mürəkkəb relyefli, uçqun meyilli ərazisində narkotik xassəli çətənə bitkisi olduğu güman edilən 753 ədəd kol aşkar edilib və hüquq-mühafizə orqanlarına təhvil verilib.

Hazırda qoruğun ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində narkotik xassəli bitkilərin qanunsuz əkildiyi və yabanı halda bitdiyi yerlərin müəyyən edilməsi istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, 3 iyul 2015-ci il tarixində Zaqatala Dövlət Təbiət Qoruğunun əməkdaşları qoruğun mürəkkəb relyefli Axkimal sahəsinin ərazisində də reyd keçirərkən ölçüsü 7x8 metr olan sahədə narkotik xassəli çətənə bitkisi olduğu güman edilən kol aşkar etmişdi. Belə ki, sözügedən sahəyə foto-video tələ yerləşdirilərək, əldə edilən video görüntülər nəticəsində ərazidə bir nəfər şübhəli şəxs saxlanılmış, qanun pozucusunun şəxsiyyətinin müəyyən olunması və barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Zaqatala Dövlət Təbiət Qoruğu tərəfindən Balakən rayon polis şöbəsinə müraciət edilmişdi.

Tarix
2015.07.30 / 11:39
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla