Yuxarı

Gənc ailələrə: ipoteka şərtləri hazırdır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi Bank ipoteka kreditlərinin təkmilləşdirilməsi ilə bağlı təklifləri Maliyyə Nazirliyi ilə razılaşdırıb. Baş bankın açıqlamalarından belə anlaşılır ki, müzakirədən kənarda qalan detal yoxdur, yeni qaydaların isə sentyabr ayında təsdiqlənəcəyi gözlənilir.

Axar.az xəbər verir ki, bu haqda iqtisadçı ekspert Vüqar Bayramov açıqlama verib. O, dəyişdiriləcək qaydaların həm ümumi ipoteka proqramının təkmilləşdirilməsinə, həm də regionların adıçəkilən kreditlərə çıxış imkanlarının artırılmasına xidmət edəcəyini bildirib:

"Əvvəlla, ipoteka kreditləri üzrə maksimum məbləğ 2 dəfə artırılaraq 100 min manata çatdırılacaq. Maksimum məbləğin azlığı proqramın səmərəliliyinə neqativ təsir göstərirdi.

İkincisi, ipoteka kreditlərinin faiz dərəcələrinin aşağı salınacağı gözlənilir. Güman edilir ki, adi ipoteka kreditlərindəki 8 faiz 6 faizədək azaldılacaq. Sosial ipoteka kreditləri isə 2 faiz təklif edə bilər. Faiz endirimləri ilə yanaşı, diferensial faizlərin də tətbiq edilməsi məqsədə uyğun olardı. Belə ki, paytaxt ilə müqayisədə rayonlarda həm adi, həm də sosial ipoteka kreditləri üçün daha aşağı faizin təklif edilməsi arzulanan olmaqla yanaşı, proqramın regional səmərəliliyini də artıra bilər. Dövlət Statistika Komitəsinin məlumatına görə, bölgələrdə əhalinin orta aylıq əmək haqqı paytaxtla müqayisədə 2 dəfə azdır və bu da əhalinin ipoteka müraciəti üçün imkanlarının məhdud olmasına gətirib çıxarır. Nəzərə alaq ki, adi və sosial ipoteka üçün tələb edilən əmək haqqı məbləği adətən təxminən 700 manatdan çox olur. Bu isə az gəlirli bölgə camaatının bu imkandan yararlanmasını çətinləşdirir. Bu baxımdan, diferensial faizlərin tətbiq edilməsi rayonlarda yaşayan və ipoteka krediti götürmək istəyən vətəndaşlarımız üçün əmək tələblərini yumşaldacaq. Çünki faiz nə qədər az olarsa, əmək haqqı tələbi də aşağı düşür. Bu isə ona gətirəcək ki, 400 manat aylıq gəliri olan regionda yaşayan bir vətəndaş, bir gənc ailə rahat ipoteka kreditlərindən yararlana biləcək.

Üçüncüsü, regionlara ayrılacaq ipoteka kreditinin məbləği üçün minimum həddlər müəyyənləşdiriləcək. Əslində, ipoteka fondu xətti ilə verilən həm adi, həm sosial ipoteka kreditlərinin ən azı 50 faizinin regionlar üçün ayrılması məqsədə uyğundur Məsələn, ay ərzində 5 milyon manat ipoteka krediti ayrılacaqsa, bunun yarısı - 2,5 milyon manatı məhz regionlar üçün nəzərdə tutulacaq. Bu da regionların ipoteka kreditlərindən istifadə imkanlarının genişlənməsinə səbəb olacaq. Burada məqsəd bütövlükdə ipoteka kreditləşməsi sisteminin təkmilləşdirilməsi ilə yanaşı, regionların kreditlərdən daha geniş miqyaslı istifadəsinə şərait yaratmaqdır".

İqtisadçı hazırda ən çox müzakirə edilən məsələlərdən biri - ilkin ödəniş məbləğinin yüksək olmasına da aydınlıq gətirib:

"Mərkəzi Bankın bu istiqamətdə hələlik hansı addım atacağı bəlli deyil. Amma bunun üçün iki praktikadan istifadə etmək niyyətindədir. Bunlardan birincisi, əmanət tikinti bankların formalaşdırılması və bununla bağlı ipoteka fondunun yaradılmasından, ikincisi, ipoteka fondu yanında ipoteka zəmanət fondunun formalaşdırılmasından ibarətdir. Bu isə imkan verəcək ki, zəmanət fondu vətəndaşlara 100 faizlik kredit verə bilsin. Praktiki olaraq vətəndaş artıq 80 faiz deyil, 100 faizlik ipoteka krediti əldə edə biləcək. Bütövlükdə, nəzərdə tutulan dəyişikliklər müsbət olmaqla yanaşı kreditlərə əlçatanlığı artıracaq. Deməli, ipoteka kreditləşməsi artıq yeni mərhələyə qədəm qoya bilər".

Qeyd edək ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin fəaliyyətinə həsr edilən son müşavirədə ipoteka proqramına əlavə 200 milyon manatın ayrılması ilə bağlı göstəriş verməklə yanaşı, hökumətə kredit şərtlərinin təkmilləşdirilməsini də tapşırmışdı. Mərkəzi Bank ilə Maliyyə Nazirliyinin yeni şərtləri razılaşdırıması da məhz ölkə başçısının göstərişi ilə bağlıdır.

Tarix
2015.07.30 / 11:25
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla