Yuxarı

Nazir qalibləri mükafatlandırdı - Foto

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səlim Müslümov Bakı-2015 ilk Avropa Oyunlarında medal qazanmış paralimpiyaçılarla görüş keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Axara.z-a verilən məlumata görə, nazir Səlim Müslümov bildirib ki, iyun ayında Azərbaycanda əsl Olimpiya Oyunları səviyyəsində keçirilən və dünya idman tarixində yeni səhifə açan birinci Avropa Oyunlarında paralimpiyaçılarımız xalqımıza bir daha qələbə sevincini yaşatdılar.

İdmançıların uğurlarından danışan nazir qeyd edib ki, idmançılarımız 56 medala sahib olmaqla ölkəmizi medal sayına görə Avropanın 50 ölkəsi arasında ikinci yerə yüksəldib.

Nazir ölkəmizdə əlilliyi olan insanlara diqqət və qayğı, humanist münasibət göstərilməsinin bu Oyunlar zamanı bir daha ən yüksək səviyyədə əməli təsdiqini tapdığını vurğulayıb: "Oyunların açılış mərasimində məşəl Olimpiya Stadionuna məhz paralimpiyaçı İlham Zəkiyev tərəfindən gətirildi. Eyni zamanda qalib gələrkən ona qızıl medalı təqdim edən Prezident cənab İlham Əliyev fəxri kürsüyə qalxaraq onunla yanaşı dayandı. Bu epizodlar, habelə dövlət başçısının əlil arabasında olan jurnalistə yaxınlaşaraq onunla foto çəkdirməsi və s. əlilliyi olan insanların bizlərlə eyni sırada dayanmaları, bizlərdən biri olmaları barədə ümumən dünyaya dolğun və dəyərli bir mesaj oldu".

Görüşdə Bakı-2015 ilk Avropa Oyunlarını, Oyunlarda paralimpiya yarışlarını, idmançılarımızın qələbələrini və medalların təqdim olunması mərasimlərini əks etdirən videoçarx nümayiş etdirilib və qalib paralimpiyaçılara hədiyyələr və gül dəstələri təqdim olunub.

Tarix
2015.07.30 / 15:14
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmayılıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla