Yuxarı

Səfirlik rus sərhədçilərinin İlisuda keçi vurmasından danışdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Azərbaycandakı səfirliyi bəzi KİV-lərdə Rusiya sərhədçilərinin İlisu kəndi yaxınlığında dövlət sərhədini pozması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Rusiyanın Azərbaycandakı səfirliyindən Report-un sorğusuna cavab olaraq bildirilib ki, iki ölkənin dövlət sərhədində heç bir insident olmayıb.

"Biz Azərbaycan Dövlət Sərhəd Xidmətinin sərhədin pozulması faktının qeydə alınmadığı ilə bağlı yaydığı açıqlamanı təsdiqləyirik", - mətbuat xidmətindən bildiriblər.

Qeyd edək ki, bəzi KİV-lər Rusiya sərhədçilərinin Azərbaycan sərhədini keçməsi və bir neçə vəhşi heyvanı öldürməsi, onların ətini götürdükdən sonra öz ərazilərinə qayıtması ilə bağlı xəbərlər yayıb.

Azərbaycan Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi isə açıqlama yayaraq bildirib ki, yayılan məlumatlar həqiqətə uyğun deyil.

Tarix
2015.07.30 / 16:13
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?

Bu, Makronun Bakıya qarşı yeni hücumudur

Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov

Rus sülhməramlıları buna görə Qarabağdan çıxdı - Markov

Abdullahian Türkiyədə: Konsulluğa getdi

Əli Əsədovun rəhbərliyi ilə iclas keçirildi - Foto

MN-dəki 9 milyonluq mənimsəmə ilə bağlı növbəti məhkəmə

Moskva bütün məsələləri Bakı ilə həll edib - Naumov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla