Yuxarı

DİN Lənkəran dindarlarına dindən danışdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Daxili İşlər Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Lənkəran rayonunda tədbir keçirib.

Komitədən Axar.az-a verilən məlumata görə, "Dini radikalizmlə mübarizənin effektivliyinin artırılması məqsədilə Daxili Qoşunların şəxsi heyətinin maarifləndirilməsi istiqamətində birgə işin təşkilinə dair Tədbirlər Planı" çərçivəsində keçirilən tədbir Lənkəran rayonunda Daxili Qoşunların N saylı hərbi hissəsində baş tutub.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov tədbirdə çıxış edərək, dini radikalizmi doğuran səbəblərdən, radikalizmlə mübarizədə maarifləndirmə işinin əhəmiyyətindən danışıb. Sədr müavini islam dininin ekstremizmə, radikalizmə qarşı mənəvi dəyərlər sistemi olduğunu bildirərək, radikalizmi doğuran başlıca səbəblərdən biri kimi dinlərin mahiyyətinin təhrif olunmasını qeyd edib. İslam dini haqqında bilgiləri zəif olan insanların radikal cərəyanlara, qruplara cəlb edilməsi daha asan olur. Ona görə də dini radikalizmlə mübarizədə ilk növbədə dini maarifçilik işinin təşkilinə xüsusi önəm verilməlidir.

Vətənə, dövlətə sevginin, Vətəni müdafiə etməyin islam əqidəsinin əsas prinsiplərindən olduğunu vurğulayan Gündüz İsmayılov dini maarifləndirmə ilə bağlı tədbirlərin davam etdirilməsinin zəruriliyini vurğulayıb. Eyni zamanda milli-mənəvi dəyərlərimizin qorunması və təbliğ edilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə danışıb.

Tarix
2015.07.30 / 17:15
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla