Yuxarı

Bu əsər ilk dəfə Qəbələdə səsləndiriləcək

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qəbələ Beynəlxalq Musiqi Festivalının nüfuzu ildən-ilə artır. Builki festivalın proqramı çox zəngindir".

Axar.az xəbər verir ki, bu sözləri festivalının bədii rəhbəri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli deyib.

O, Heydər Əliyev Fondunun mədəniyyət layihələrindən biri kimi beynəlxalq aləmdə böyük əks-səda doğuran bu musiqi bayramının təkrarolunmaz dəst-xəttinin olduğunu qeyd edərək deyib:

"Biz bu il Üzeyir Hacıbəylinin 130 illik yubileyini qeyd edirik. Bu festival çərçivəsində dahi bəstəkarın əsərləri səsləndiriləcək. Bu yaxınlarda bəstəkar Cahangir Qarayevin əsərinin əlyazmasını tapmışıq. İlk dəfə həmin əsər bu festivalda səsləndiriləcək. Bu festival həm də dünyada nadir hallarda keçirilən musiqi tədbirlərindən biridir ki, burada konsertləri tamaşaçılar bilet almadan pulsuz izləyə bilirlər. Bu tədbir kommersiya xarakteri daşımır. Qəbələ festivalı klassik musiqinin təbliği, maarifçilik məqsədilə keçirilir. Ümid edirəm ki, bu festivalın uğurları daha böyük olacaq".

Tarix
2015.07.30 / 18:15
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Ermənistan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla