Yuxarı

Polisi döyənlərə cinayət işi açıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polis əməkdaşlarına qarşı zor tətbiq etmiş şəxslər barəsində cinayət işi başlanıb.

Baş Prokurorluqdan Axar.az-a verilən məlumata görə, iyulun 29-da saat 11 radələrində əvvəllər məhkum olunmuş Nurlan Manafov, Rəcəb Manafov, Teymur Əliyev, Vüsal Əliyev, Xatirə Əliyeva və hələlik adları istintaqa məlum olmayan bir neçə şəxs Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində ictimai qaydanı kobud surətdə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ictimai qaydanın pozulmasının qarşısını alan Binəqədi rayon Polis İdarəsinin DYPŞ-nin YPX-nin inspektorları İqbal Kamilovu və Çingiz Həsənovu, rayon Polis İdarəsinin PPXB-nün polis nəfərləri Ruslan Quliyevi və Mircəlal Seyidovu nəlayiq sözlərlə söyüb təhqir edərək zor tətbiq edib, bədənlərinin müxtəlif nahiyələrindən qəsdən vurmaqla müxtəlif dərəcəli xəsarətlər yetiriblər.

Başlanmış cinayət işi üzrə Nurlan Manafov şübhəli şəxs qismində tutulub. Hazırda iş üzrə istintaq Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə davam etdirilir və cinayətin iştirakçılarının tam dairəsinin müəyyənləşdirilməklə istintaqa cəlb edilmələri istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Tarix
2015.07.30 / 18:02
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Prezidentlər Ağdamda Şahbulaq qalasında...

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla