Yuxarı

İstedadlı uşaqların müsahibələri davam edir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu" məqsədilə müsahibələr davam edir.

Bakı şəhəri üzrə Təhsil İdarəsindən Axar.az-a verilən məlumata görə, müsahibələr Nəsimi rayonundakı 42 nömrəli tam orta məktəbdə keçirilir. Uşaqlarının vaxtından əvvəl məktəbə getməsini arzu edən valideynlər (və ya qanuni nümayəndələr) övladlarının müsahibədə iştirakı üçün iyulun 1-dən 31-nə kimi mektebeqebul.edu.az saytında qeydiyyatdan keçməlidir. Qeydiyyatdan keçmiş valideyn müsahibənin tarixi və vaxtı barədə məlumat olan buraxılış vərəqəsini çap edərək göstərilən zamanda övladını 42 nömrəli məktəbə gətirməlidir.

Artıq qeydiyyatdan 3772 nəfər keçib. Qeydiyyatdan keçmiş uşaqlardan 742 nəfəri təhsil nazirinin müvafiq əmrinə əsasən müəyyən edilmiş məktəblərdə fəaliyyət göstərən məktəbəhazırlıq kursunu bitirməsinə dair sertifikat əldə edib.

Kursu müvəffəqiyyətlə bitirərək sertifikat almış xüsusi istedada malik və 6 yaşı sentyabrın 16–dan dekabrın 31–nə kimi tamam olan uşaqlar I sinfə müsahibədənkənar qəbul olurlar.

Keçirilən müsahibələrlə bağlı yayılan məlumatlara görə isə, müsahibədən hətta xüsusi qabiliyyəti olmayan uşaqlar da keçə bilir. Müsahibədə iştiorak etmək istəməyən və ya iştirak edib keçə bilməyənlərdən 200 manat pul tələb edilir ki, uşaqları müsahibədən keçə bilsin. Qeyri-rəsmi formada tələb edilən pul müqabilində heç bir xüsusi qabiliyyətə malik olmayan uşaqlar da müsahibəni keçmiş hesab edilir.

İttihamlarla əlaqədar Bakı Şəhəri Təhsil İdarəsinin İctimaiyyətlə Əlaqələr sektorundan Axar.az-a bildiriblər ki, şəffaflığın qorunması üçün müsahibələr videokamera vasitəsilə yazılır:

"Xüsusi istedada malik uşaqların vaxtından əvvəl birinci sinfə qəbulu üzrə müsahibə zamanı valideyn iştirak edir və müsahibələr videokamera vasitəsilə yazılır. Qeyd etdiyiniz məsələ ilə əlaqədar bildirik ki, artıq müsahibədə iştirak etmək üçün qeydiyyatdan 3772 nəfər keçib. Qeydiyyatdan keçmiş uşaqlardan 742 nəfəri təhsil nazirinin müvafiq əmrinə əsasən müəyyən edilmiş məktəblərdə fəaliyyət göstərən məktəbəhazırlıq kursunu bitirməsinə dair sertifikat əldə edilib".

Təhsil İdarəsindən bildirilib ki, valideynləri narahat edən hər hansı məsələ olarsa, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müraciət etsinlər.

Tarix
2015.07.30 / 18:53
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla