Yuxarı

Azərbaycanlı biznesmenin sevgilisinə hücum - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda Türkiyədə istirahətdə olan Rusiyanın tanınmış balerinası Anastasiya Voloçkovaya köpək balığına oxşar kiçik ölçülü dəniz heyvanı hücüm edib.

ANS-in məlumatına görə, Voloçkova naməlum balığın dişləməsindən sonra həkimə müraciət edib. Fövqəladə hadisə körfəzlərdən birinə ekskursiya zamanı balerinanın açıq dənizdə üzdüyü zaman baş verib.

Voloçkova dərhal azərbaycanlı milyarder Telman İsmayılovun Antalyadakı möhtəşəm beş ulduzlu "Mardan Palace" mehmanxanasının tibb məntəqəsinə çatdırılıb.

Həkimlər sağ ayağında yaralar və sancmalar olduğundan ona infeksiyanın qarşısını almaq üçün lazımı iynələri vurub. Bununla belə bir neçə saat sonra balerina özünü daha pis hiss edib. Türk həkimlər məşhur rusa gəzintilərdən çəkinməyi və yataq rejimi məsələhət görüblər.

"Xəstəxanada bizə bildirdilər ki, bu birinci belə hadisə deyil. Antalyanın sularında quduz böyük tısbağalar olur. Mən üzərkən hiss etdim ki, nəsə mənim ayağımı sancır. Mən o qədər güclü qorxdum ki! Axı o buraxmırdı… Mən şok keçirdim, bilmirdim nə edim. Birtəhər yaxtanın nərdivanına çatıb, yardım çağırmağa başladım", - deyə Voloçkova hadisəni yada salaraq bildirib.

"İynələrdən çox qorxuram, buna görə iynə vurdurmaqdan imtina etdim. Nəticədə mənə antibiotiklər təyin etdilər. Onları atanda isə daim yatmaq istəyirəm", - Voloçkova qeyd edib.

Hadisədən sonra aktrisa dənizə girməyə qorxur.

Anastasiya Voloçkova azərbaycanlı biznesmen Bəxtiyar Səlimovla sevgi romanı yaşayıb. Bu yaxınlarda Bəxtiyar Səlimovdan ayrılan Anastasiyanın özünə yeni sevgili tapdığı bildirilir.

Tarix
2015.07.31 / 09:09
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

Prezidentlər Ağdamda Cümə məscidinin açılışında...

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

Əliyev sabah səfərə gedir: Makron ofsaytda qaldı

Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla