Yuxarı

Türk millət vəkili: “Bakı bu prosesdən əziyyət çəkəcək”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

PKK əslində "Böyük Ermənistan" xəritəsinə daxil olan coğrafiyanı özünə yurd etməyə çalışır.

Axar.az xəbər verir ki, bunu Türkiyə mətbuatına müsahibəsində Milliyyətçi Hərəkat Partiyasından olan deputat Sinan Oğan söyləyib. Onun sözlərinə görə, hazırda bölgədə böyük oyun oynanılır:

"Bunun üçün PKK silahlı və siyasi mübarizəni paralel aparır. Bir ucu Aralıq dənizində, bir ucu Qafqazda, bir ucu isə Qara dənizdə olan "Böyük Kürdüstan" və ya "Böyük Ermənistan" qurma hədəfinə doğru irəlləyirlər. PKK əslində "Böyük İsrail və Böyük Ermənistan" proyektlərinin vasitəçiliyini edir. Bilindiyi kimi, Böyük Yaxın Şərq proyekti əslində İsrailin təhlükəsizliyini təmin etmək layihəsidir. Bəs İsrailin təhlükəsizliyini kim təhdid edir? Bunun da cavabı var: İraq, Suriya, İran və Türkiyə. Bu dörd ölkənin isə bir ortaq problem var - kürd problemi. Bu dörd ölkə öz problemləri ilə mübarizə aparsa, İsrailə təhdid olmayacaqlar. Planın İraq və Suriya hissəsi tamamlandıqdan sonra İran və Türkiyə qismi üzrə fəaliyyətlər başlayacaq. Bölgədə "Böyük Kürdüstan" qurmaqla əslində bir yandan bölgədəki zəngin neft yataqlarının hər hansı ölkədən deyil, məhz yeni qurulacaq dövlətin ərazisindən Aralıq dənizinə çatdırılması nəzərdə tutulur. Digər tərəfdən bu xətt Türkiyə ilə islam dünyası arasında bir sədd kimi qurulacaq. Yuxarıda isə Ermənistan sərhəd olacaq və bundan sonra şimaldan Qara dənizə qədər uzanacaq bir "Kürdüstan"-Ermənistan xətti ilə Türkiyənin türk dünyası ilə əlaqəsi kəsiləcək. Türkiyənin türk dünyası və islam aləmi ilə əlaqəsinin kəsilməsi onun daha heç bir ölkəyə təhdid təşkil etməməsinə səbəb olacaq".

Deputat bölgədəki proseslərdən Azərbaycanın da əziyyət çəkəcəyini bildirib:

"HDP-nin bölgədə təsirli hala gətirilməsi öncəliklə Ermənistan ilə sərhəd ərazilərimiz arasında qapıların açılması və sərhəd ticarətinin asanlaşdırılmasında rol oynacaq. Bu isə Azərbaycanın nəfəs borularının kəsilməsi anlamına gələcək. Bölgədə böyük bir oyun oynanılır. Təəssüf ki, Azərbaycan da bu oyunun çox fərqində deyil. Oyunu Ermənistan və Qərbdəki erməni hamiləri qurublar. HDP və AKP oyunun əsas oyunçuları olublar. Türkiyənin sərhəd bölgələrində HDP və PKK-nın rolunun artması bütün mövqelərin Ermənistanın leyhinə və Azərbaycanın əleyhinə dönməsinə səbəb olur. Bu sürətli irəlləyişə müdaxilə edilməzsə, Türkiyə ilə türk dünyasının əlaqəsi kəsiləcəkdir. Eyni zamanda, Azərbaycanın bölgəyə həbs edilməsinə, onun Rusiyanın təsir dairəsinə düşməsinə səbəb olacaqdır. Siyasi partiyaların və dövlətin bu bölgəyə siyasi qayğıları yox, milli qayğıları artmalıdır".

S.Oğan həmçinin PKK-nın TIR-lara hücum etməkdə gizli məqsədinin olduğunu deyib:

"Son günlər Qars-Ərdahan-Ağrı istiqamətində hücumların artıb, yük maşınlarının yandırılması probleminin cavabı odur ki, birincisi, bu, yuxarıda bəhs etdiyimiz uzunmüddətli geosiyasi reallıqlara söykənir. Digəri isə daha qısamüddətli səbəblərdir. PKK niyə Ağrı-İqdır-Ərdahan-Qars, İqdır-İran, İqdır-Naxçıvan sərhədlərində təsirini artırıb? PKK niyə həmin bölgədə yüzlərlə maşın dayandığı halda məhz yük maşınlarına hücum edir? Bu suallara cavab vermək lazımdır. PKK niyə Naxçıvan və özəlliklə İrana gedən TIR-ları yandırır? İşin ilginc tərəfi PKK-nın İqdır-Ağrı-İran və Qars-İqdır-Naxçıvan xəttində TIR yandırma aksiyalarına başlamasının ABŞ-la İran arasında imzalanan nüvə razılaşması ilə eyni vaxta düşməsidir. Bununla İran bazarı üçün əsas tranzit rolunu oynayan Türkiyənin oyundan çıxarılması istənilir və bu işi də öz üzərinə PKK götürüb. Artıq bir neçə insan mənə yazıb, şikayət edirlər ki, öz mallarını göndərəcək TIR tapa bilmirlər. Məncə, istənilən də məhz bu idi. Təəssüf ki, Türkiyəni bir köşəyə sıxışdırıblar".

Tarix
2015.08.01 / 09:59
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Vardanyanın maliyyələşdirdiyi bu “institut”... - İcma

Ermənistanla Azərbaycan arasında beynəlxalq sərhəd...

Qordon: İyula qədər elə bir hadisə baş verəcək ki... - Video

Müharibə iştirakçılarının müavinətləri bu qədər olacaq

İrəvanda təlaş: Azərbaycan bu əraziləri götürəcək

İran İsrailə raket atdı, öz şəhərini vurdu

ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək?

Bakı və Belqrad arasında mühüm telefon danışığı

Sabiq nazirin məhkəməsi: Pulu Həbibbəyliyə verirdim!

Qırğızıstan liderinin Bakıya səfər proqramı açıqlandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla