Yuxarı

Bakı qatarında böyük həyəcan - Foto/Yeniləndi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

2015-08-01 23:19:00

Bakı-Böyük Kəsik dəmir yolu istiqamətində gedən sərnişin qatarı naməlum səbəbdən dayanıb.

Bu barədə qatarda olan sərnişinlər xəbər verib.

Onların bildirdiyinə görə, saat 21:00-da Bakı dəmir yolu vağzalından çıxan qatar bir müddət sonra Babək prospektində "Bazar store"un yanında dayanıb.

Hazırda aralarında körpə uşaqların da olduğu sərnişinlər yolda qalıb.

Faktı təsdiq edən "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov bu məsələ ilə bağlı ANS PRESS-ə bildirdi ki, qatarın dayanmasına səbəb yüksəkgərginlikli elektrik xəttinin qırılması olub.

"Hazırda hadisə yerində müfaviq iş gedir və bir müddət sonra qatar yoluna davam edəcək", deyə Nadir Əzməmmədov bildirib.

2015-08-02 01:14:00

Axar.az-ın əldə etdiyi məlumata görə, Bakı-Böyük Kəsik dəmir yolu istiqamətində gedən sərnişin qatarının dayanması Bakı-Ağstafa-Qazax qatarının da gecikməsinə səbəb olub. Sərnişinlər qatarın 3 saatdan artıqdır ki, gecikdiyini bildirirlər.

***

Artıq Bakıdan Qazax istiqamətində gedən qatarın hərəkəti bərpa edilib.

Bu barədə ANS-ə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov deyib.

Onun sözlərinə görə, yüksək gərginlikli elektrik xətti qatarın yolundan götürülüb və hərəkət bərpa edilib.

Tarix
2015.08.02 / 01:14
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla