Yuxarı

Bank rəhbəri ilə çəkişən qadın həbs edildi - Özəl

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Gəncəbank" ASC rəhbəri Pərvanə Novruzova ilə uzun müddətdir məhkəmə çəkişməsi olan vətəndaş Natalya Kərimova sərhəddə saxlanılıb.

Axar.az-a mötəbər mənbədən verilən məlumata görə, ötən gün səhər saatlarında N.Kərimova Qırmızı Körpü gömrük-keçid məntəqəsindən keçərkən həbs olunub.

Onun barəsində cinayət işi açılaraq istintaqa cəlb olunacağı gözlənilir.

Mənbənin sözlərinə görə, N.Kərimova həyat yoldaşı Mahir Kərimovla 1982-ci ildə evlənib, 2 qızı var. 1998-ci ildə Gəncə şəhər icra başçısının sərəncamı ilə həyat yoldaşına sahibkarlıq fəaliyyəti üçün Gəncə şəhəri, H.Əliyev prospekti 87 ünvanında torpaq sahəsi ayrılıb. Həmin ünvanda gözəllik salonu tikdiriblər, adını "Nataşa" salonu qoyublar.

2001-ci ilin yayında hazırda "Gəncəbank" ASC-nin idarə heyətinin sədri olan Pərvanə Novruzova salona gəlib. N.Kərimova müsahibəsində deyib ki, salon həddindən çox isti olub:

"Pərvanə kondisioner quraşdırmağı məsləhət gördü. Dedim ki, binanın tikilməsi üçün aldığım borcları hələ qaytara bilməmişəm. Borcları ödədikdən sonra kondisioner alacağam.

O da dedi ki, bacın ölməyib ki, mən sənə pul verərəm, 5 il müddətində yavaş-yavaş qaytararsan. Pərvanə Novruzovanın bu addımı mənə yaxşılıq etmək məqsədi ilə atdığını düşündüm. Onun idarə etdiyi bankdan 5 il müddətinə 5 min dollar pul götürdüm, girov kimi də aldığım kondisionerləri qoymuşdum.

Bir gün Pərvanə banka yoxlama gəldiyini, ona görə də yoxlama gedənədək həmin kredit müddətinin 3 aylıq etməsini məndən xahiş etdi. 1 həftə, 10 gün sonra, yəni yoxlama gedəndən sonra yenidən dəyişdirib 5 illik edəcəyinə söz verdi. Aradan bir ay keçməmiş mənim üstümü kəsdi ki, nə olur olsun, pulu qaytar, nə 5 il, pulu 3 ay ərzində qaytarmalısan. Qaytarmayacağım təqdirdə salonu məndən zorla alacağını bildirdi".

Əmlak sahibi təzyiqlərlə üzləşdiyini deyərək mülklərinin bank rəhbərinin adına rəsmiləşdirilməsinə razılıq verib, ölkəni tərk edib. Rusiyada bir müddət yaşadıqdan sonra Gəncəyə qayıdaraq P.Novruzovadan əmlaklarını geri almaq üçün məhkəmə müstəvisində mübarizəyə başlayıb.

Nəhayət, bu ilin mayında Gəncə şəhəri, Kəpəz rayon Məhkəməsi "Gəncəbank" rəhbəri əleyhinə qərar verib. Məhkəmə P.Novruzovanın istifadəsində olan əmlakların N.Kərimovaya qaytarılması barədə qərar çıxarıb.

Məhkəmə N.Kərimovaya məxsus əmlakların – "Nataşa" salonunun və Gəncə şəhərində 2 mənzilin bankın sərəncamına keçməsi haqda qiyabi qərarı da ləğv edib.

Tarix
2015.08.02 / 09:30
Müəllif
Emil Salamoğlu
Şərhlər
Digər xəbərlər

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla