Yuxarı

“Araq içəndən sonra başlayırdıq...”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ədəbiyyatımızda müxtəlif dövrlərdə müxtəlif ədəbi birliklər, təşkilatlar yaranıb. Bunlardan biri də 2001-2004-cü illərdə mövcud olan "Nəfəs" ədəbi birliyidir. Digər ədəbi təşkilatlar kimi bu birliyin yaranması və dağılması haqda da mübahisəli fikirlər var.

Axar.az mövzu çərçivəsində bir vaxtlar "Nəfəs" ədəbi birliyinin fəal üzvlərindən olan şair Aqşin Yenisey və yazar Sadiq Elyerin fikirlərini öyrənib.

Aqşin Yenisey "Nəfəs" ədəbi birliyini çayxana dəstəsi kimi qiymətləndirir:

- "Nəfəs" ədəbi qrupu konkret olaraq bir neçə yaradıcı gəncin çayxana dəstəsi kimi yaranmışdı. Sadəcə, biz çay və araq içməklə bərabər sənət, ədəbiyyat, Azərbaycan incəsənətinin dünyadakı yeri haqqında mövzuları da müzakirə edirdik. Təşkilati işləri, demək olar ki, Zahir Əzəmət öz üstünə götürmüşdü. Sonra mən bu dəstənin "Mərkəz" qəzetində Sahib Alıyevin baş redaktorluğu ilə ədəbi səhifəsini hazırlamağa başladım, dilinə görə dilçəyi olan bir səhifə idi. Sonra hərə bir işin arxasınca, mən də əsgərliyə getdim. Qayıdandan sonra isə biz artıq bir-birimizdən sözün bütün mənalarında çox uzaqlaşmışdıq".

Sadiq Elyerin fikrincə, "Nəfəs" ədəbi birliyi ədəbiyyata yeni nəfəs gətirib:

- "Nəfəs" ədəbi birliyi 6 nəfərdən ibarət idi: Aqşin Akuş ("Yenisey" o vaxt "Akuş" idi), Zahir Əzəmət, Xalid Bağırov, El Sevər, Fehruz Şamiyev və mən. Bir gün "Ulduz" kafesində yığışmışdıq. Yeyib içəndən sonra Murad Köhnəqala gizlicə mənə dedi ki, bu altı nəfərdən ən istedadlısı sənsən. AYO yaradırıq, gəl qoşul bizə, burax "Nəfəs"i. Qayıtdıq uşaqların yanına. Gizlicə danışdıq, uşaqlar dedilər Murad bizə də belə bir söz deyib. Məlum oldu ki, mən bu sözü eşidən axırıncı adamam. Yəni hamımıza bu təklifi edib... O vaxt Murad Köhnəqala bizi yoldan çıxartmaq istəyirdi. Bir müddət sonra Aqşin Yenisey "Mərkəz" qəzetində "Nəfəs" öldü" deyə bir elan verdi. Həmin elanın altına da meyit şəkli qoymuşdu. Doğrusu, təşkilat naməlum səbəblərdən dağıldı.

İndi onlar həmin dövrü müxtəlif cür xatırlayır. Zaman-zaman biz o dönəmlərə qayıdanda hamının xatirəsində dəyişikliklər olur. Məsələn, Zahir 7 il qabaq başqa cür xatırlayırdı, 3 il qabaq başqa cür. Amma bir həqiqət var: "Nəfəs" ədəbiyyatımıza yeni nəfəs gətirdi.

Günel Mövludun 2007-ci ildə "Alma" qəzetində mənim doğum günümlə bağlı bir yazısı dərc olunmuşdu. O yazı keçmişi etiraf edən yeganə yazı idi...

Tarix
2015.08.02 / 10:20
Müəllif
Nigar An
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla