Yuxarı

Qənirə Paşayeva müəllimlərə söz verdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili Qənirə Paşayeva Qaraxanlı məktəbinin müəllim və şagirdləri ilə görüşüb. O bildirib ki, Qaraxanlı kənd orta məktəbi Tovuzun yaxşı təhsil ənənələri olan məktəblərindən biridir və bunda fədakar müəllimlərimizin böyük rolu var və gənc müəllimlər belə müəllimlərimizdən örnək götürməlidir.

Müəllimlər Qaraxanlı kənd orta məktəbinin binasının köhnə olması, təhsil üçün o qədər yararlı vəziyyətdə olmaması, yeni məktəb tikintisinə və ya indiki binanın təcili əsaslı təmirinə böyük ehtiyacı olduğunu, millət vəkili Qənirə Paşayevanın bununla bağlı hökumətə və müvafiq orqanlara müraciətlərindən xəbərdar olduqlarını deyərək, bu məsələnin öz həllini tapması istiqamətində bundan sonra da bir millət vəkili olaraq dəstəyini əsirgəməməsini xahiş ediblər. Millət vəkili Qənirə Paşayeva Bakıya qayıtdıqdan sonra bununla bağlı yenidən hökumətə millət vəkili kimi xahiş və müraciət edəcəyinə söz verib. O, gənclərin mütləq bir peşə sahibi olmasının önəmini vurğulayaraq, bu ilin qəbul göstəricilərinin ötən illə müqayisədə daha da yaxşı olacağına inandığını deyib.

Q.Paşayeva bildirib ki, hansı peşənin sahibi olmasından asılı olmayaraq, hər bir gəncimiz eyni zamanda orta məktəb illərindən tariximizi, ədəbiyyatımızı da yaxşı öyrənməlidirlər. Millət vəkili Qənirə Paşayeva gənclər arasında zərərli vərdişlərə – narkomaniyaya, siqaretə, qumar oyunlarına aludə olan gənclərin artması hamımızı ciddi narahat etməlidir, ona görə ailələrlə bərabər bu məsələdə məktəblərimizin də üzərinə böyük məsuliyyət düşür deyib. Millət vəkili məktəbdə şagirdlərlə də görüşüb, onların dərsləri, planları ilə də maraqlanıb və onlarla söhbət edib.

Millət vəkili uşaqların yay tətilinə buraxılmasına toxunaraq onları bu zamanı faydalı istifadə etməyə, daha çox oxumağa, mütaliəyə, öyrənməyə, daxili dünyalarını zənginləşdirməyə çağırıb. Uşaqları yay tətili dövrlərində xarici dillərlə də xüsusi maraqlanmağa zaman ayırmağa çağıran millət vəkili Qənirə Paşayeva onlara özəlliklə tariximizlə bağlı kitabları və Azərbaycan ədəbiyyatını daha geniş mütaliə etməyə səsləyib.

Qənirə Paşayeva gənclər arasında kitaba, elmə meyilliyin artması istiqamətində də onlarla söhbət edib və suallarını cavablandırıb. Millət vəkili onları təhsillərinə böyük önəm verməyə, zamanlarını mənasız işlərə və ya vərdişlərə ayırmamağa çağırıb.

Tədbirdə iştirak etmiş müəllimlər və digər tədbir iştirakçıları da uşaqların və gənclərin kitaba meyllənməsinin və marağının artmasında bu cür tədbirlərinin keçirilməsinin əhəmiyyətini vurğulayıblar. Görüşün sonunda Qənirə Paşayeva müəllim və şagirdlərə müəllifi olduğu kitabları imzalayaraq hədiyyə etməklə yanaşı, məktəbin kitabxanasına gənclərin oxuması üçün çoxlu sayda kitab və məktəbə özünün hədiyyələrini də təqdim edib.

Tarix
2015.08.02 / 13:47
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla