Yuxarı

"Veysəloğlu" jurnalistləri Qəbələyə apardı - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Veysəloğlu" Şirkətlər Qrupu və "Ulduz" Şokolad Fabriki ötən ildə olduğumu kimi, bu il də jurnalistlər üçün Qəbələ və Oğuz rayonlarına iki günlük infotur təşkil edib.

Axar.az xəbər verir ki, bu dəfəki infotur Milli Mətbuatın 140 illiyinə həsr edilib və əsas məqsəd KİV nümayəndələri üçün maraqlı və yaddaqalan səyahət təşkil etmək olub.

Əvvəlcə müxtəlif mətbuat orqanlarını təmsil edən 45-ə yaxın jurnalist Qəbələ şəhərinin mərkəzində yerləşən nüfuzlu "Qafqaz Karvansaray Otel"də yerləşdirlib. Nahar fasiləsindən sonra jurnalistlərlə birgə qısa tədbir keçirilib.

Tədbirdə "Veysəloğlu" Şirkətlər Qrupu və "Ulduz" Şokolad Fabriki haqda mətbuat nümayəndələrinə geniş məlumat verilib, şirkətin uğur yolunu əks etdirən tanıtım filmi göstərilib.

Daha sonra şirkətin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlham Məmmədov şirkətin rəhbərliyi adından səfərdə iştirak edən, həmçinin müxtəlif səbəblərdən iştirak edə bilməyən bütün jurnalistləri bir daha Milli Mətbuat günü münasibəti ilə təbrik edərək, onlara bu çətin və şərəfli yolda uğurlar arzulayıb.

İ.Məmmədzadə həmçinin bildirib ki, təmsil etdiyi qurum ölkəmizdə ən böyük distribütor şirkət sayılır və dünyanın 100-dən artıq fabrikinin məhsullarının ölkəmizdə dağıtımı ilə məşğuldur. Şirkət eyni zamanda xeyriyyə yardımları da edir. O cümlədən, Qarabağ əlillərinə yardım edir və bir sıra tanınmış idmançılara beynəlxalq yarışlarda iştirak etmək üçün dəstək olur.

Tədbirin sonunda hər bir jurnalistə qiymətli hədiyyə təqdim olunub. Bunun ardınca media təmsilçiləri şəhər ərazisində gəzintiyə çıxıblar. Jurnalistlər gəzinti çərçivəsində "Tufandağ Qış-Yay Turizim Kompleksi" ilə də yaxından tanış olublar.

Səfərin ikinci günü isə media nümayəndələri Oğuz rayonunun Xal-xal meşəsində istirahətlərini davam etdiriblər. Günün sonunda infotur iştirakçıları Bakıya geri dönüblər.

Səfərdə iştirak edən jurnalistlər maraqlı səfər proqramı üçün "Veysəloğlu" Şirkətlər Qrupunun rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Tarix
2015.08.02 / 16:17
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla