Yuxarı

Yaponlar Şəkinin kəndinə su çəkdilər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 2-də Şəkinin Suçma kəndində içməli su problemi həll olunub. 2700 nəfər əhalisi olan kəndə su çəkilişi Yaponiya hökumətinin "Ot kökləri və insan təhlükəsizliyi" qrant yardımı proqramı çərçivəsində həyata keçirilib.

Axar.az xəbər verir ki, kənddə su təchizatı sisteminin tikintisi layihəsinin başa çatması münasibətilə mərasim keçirilib.

Tədbirdə Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi, şəhər rəhbərliyi və kənd sakinləri iştirak ediblər.

Şəkinin icra başçısı Elxan Usubov Yaponiyanın ölkəmizdəki səfirliyi ilə icra hakimiyyəti arasında əməkdaşılığın 15 ildir ki, davam etdiyini bildirib. Şəkidə bu layihə də daxil olmaqla, ümumi dəyəri 1 milyon 260 min dollar olan 15 layihə reallaşdırılıb. Bu layihələr məktəb tikintisi, tibb, ekologiya, su təchizatı və digər sahələri əhatə edib.

Layihə üzrə Yaponiya hökumətinin qrant yardımının ümumi məbləği 102,5 min dollar təşkil edib.
Layihə çərçivəsində yeni drenaj sistemi yaradılıb, 24 tonluq su anbarının inşa ilə Suçma kəndinin su problemi birdəfəlik həllini tapıb.

Tarix
2015.08.02 / 16:56
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentlər Ağdamda Şahbulaq qalasında...

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla