Yuxarı

“Qəbələ”li Qay: “Asan olmayacaq”

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kiprdə keçirilən ilk görüşdən razı qaldıq. Xüsusilə də nəticəni qənaətbəxş saymaq mümkündür. Hesab edirəm ki, buna yaxşı futbol nümayiş etdirməklə nail olduq. Lakin daha yaxşı oynaya bilərdik.

Axar.az xəbər verir ki, bu fikirləri "Qəbələ"nin yarımmüdafiəçisi Aleksey Qay söyləyib.

Klubun rəsmi saytına açıqlama verən futbolçu hesab edir ki, hələ yaxşı oyunlar irəlidədir: "Bu səfər matçı bizim Avropa Liqasında irəliləməyimiz üçün bir təkan olmalıdır.

"Apollon"la cavab oyununa çox ciddi hazırlaşırıq. İlk oyunda yaxşı nəticə əldə etsək də, şansları bərabər qiymətləndirirəm. Kiprdəki görüşdən sonra artıq hər iki komanda bir-birini daha yaxşı tanıyır.

Bu üzdən də Bakıdakı matçda hər iki komanda üçün asan olmayacaq. Lakin evdə, azarkeşlərimizin önündə oynamağımız əlavə üstünlükdür. Düşünürəm ki, lazım olan nəticəni əldə edib, bu mərhələni də adlaya bilərik".

UEFA Avropa Liqasının III təsnifat mərhələsinin "Apollon"la Kiprdəki ilk oyunu "Qəbələ"nin avrokuboklardakı ilk heç-heçəsi ilə əlamətdar olub.

Tarix
2015.08.02 / 17:10
Müəllif
Emil Salamoğlu
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla