Yuxarı

Klinton İlham Əliyevdən nə istəmişdi? – Şok Fakt

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabiq dövlət katibi Hillari Klintonun mediaya sızan e-poçtları dünya mətbuatında əsas müzakirə predmetinə çevrilib.

Axar.az xəbər verir ki, məhkəmənin qərarı ilə ictimaiyyətə açıqlanan bu e-poçtlar arasında Türkiyə ilə bağlı bir sıra qaranlıq məqamlar üzə çıxıb. Xanım Klintonun elektron məktublarında Türkiyədəki azlıqlara qarşı baş verən şiddəti yaxından izlədiyi, Prezident İlham Əliyevə "Türkiyə-Ermənistan barışığını reysdən çıxarmamaq" xahişi etdiyi aşkar olunub.

ABŞ Dövlət Departamentliyi Klintonun etibarsız e-poçt xidməti istifadə etdiyi üçün xalqa açıqlanmasına qərar verilən və ümumilikdə səhifə sayı 2 min 200-dən artıq, daha əvvəl nəşr olunmamış e-poçtlarını ictimaiyyətlə paylaşıb.

Klintonun xüsusi elektron poçt hesabındaki 2 min 206 səhifəlik 1300-dən çox yazışması nazirlik tərəfindən ictimaiyyətə açıqlandığında Türkiyə ilə əlaqədar bəzi yazışmalar da ortaya çıxmış olub.

Təhlükəsizlik səbəbindən 37 yazışmada 64 bölüm gizlədilib.

Klintonun paylaşılan son yazışmalarının arasında Türkiyədəki dini azlıqlara bağlı 2001-2009-ci illər arasındakı xəbərləri əhatə edən bir sənəd var. Təxminən 30 səhifəlik bu sənəddə italyan rahib Andrea Santoronun Trabzonda öldürülməsi, Malatyada "Zirvə" nəşriyyat evində 1-i alman olmaqla 3 nəfərin öldürülməsi və Kipr patriarxı Bartolomeosa qarşı etirazların yaradılması aşkar olunub.

Bundan əvvəl nəşr olunan e-poçt qrupunda olduğu kimi, Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi ilə əlaqədar 2009-cu ilin oktyabrında imzalanan protokollardan öncə Klintonun bəzi yazışmaları da üzə çıxıb.

Bu yazışmalarda qeyd olunur ki, Klintonun köməkçisi Huma Abidi Ermənistan-Türkiyə barışını reysdən çıxarmaması üçün Hillari ilə Azərbaycan lideri İlham Əliyev arasında bir telefon danışığı təşkil edib.

Tarix
2015.08.02 / 17:41
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla