Yuxarı

Molla Öməri sağ əli zəhərləyib – Səbəb

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Talibana bağlı Təhrik-i İslami Mahaz Fədai qrupu sabiq lider Molla Ömərin ölümü ilə bağlı məlumat yayıb.

Axar.az xəbər verir ki, təşkilat Molla Ömərin yeni lider Molla Əhtər Mənsur tərəfindən zəhərlənərək öldürüldüyünü iddia edib. Qrupun internet saytında açıqlama verən təşkilat sözçüsü Kari Həmzə Molla Ömərə Mənsur tərəfindən zəhərli dərman verildiyini və az sonra liderin öldüyünü bildirib:

"Molla Mənsur Molla Ömər xəstələndiyi zaman Dubaydan zəhərli dərman gətizdirərək liderə verib. Molla Ömər həmin dərmanlardan istifadə etdikdən 3 gün sonra vəfat etdi. Molla Ömər Əfqanıstanın Zəbul vilayətində dəfn edildi. O, Taliban rejimi devrildikdən sonra heç vaxt ölkədən kənara çıxmamışdı. Molla Mənsur isə ötən ay Pakistanın Əfqanıstanla sərhədində ABŞ qüvvələri ilə görüşüb. Görüşdə hər iki tərəf "Molla Ömərin Pakistan rəhbərliyinə işlədiyini" əsas gətirərək öldürülməsinə qərar verib. ABŞ-dan dəstək alan Mənsur Molla Öməri xalqın gözündə "Pakistan agenti" olaraq göstərmək istədi".

Xatırladaq ki, iki gün öncə Molla Ömərin ölüm xəbəri yayıldıqdan dərhal sonra Molla Mənsur Talibanın yeni lideri seçilib.

Tarix
2015.08.02 / 22:24
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla