Yuxarı

“Qarabağ”a bilet satışı bərpa olundu

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qarabağ" – "Seltik" qarşılaşmasına bilet satışı bərpa olunub.

Bu barədə Axar.az-a Ağdam klubunun mətbuat katibi Nurlan İbrahimov açıqlamasında bildirib. Onun sözlərinə görə, kassaların qabağındakı izdihamdan istifadə edən bəzi işbazlar qeyri-leqal biletlər satmağa nail olublar.

Ağdam klubunun sözçüsü qeyd edib ki, artıq hüquq-mühafizə orqanlarının qara bazara nəzarəti gücləndirilib. N.İbrahimovun məlumatına görə, matç Tofiq Bəhramov adına stadionda keçiriləcək və bu saata qədər 10 min bilet satılıb.

"Qarabağ" FK rəhbərliyi vətəndaşlardan xahiş edir ki, qanunsuz bilet alverinin qarşısının alınması üçün biletləri mütləq kassalardan alsınlar. Biletlərin qiymətləri nömrəli sektorlar üzrə 1-10 manat arasında dəyişir.

Görüş avqustun 5-i, saat 21.30-da olacaq. Səfər matçında "Qarabağ" meydan sahiblərinə 0:1 hesabı ilə məğlub olmuşdu.

Tarix
2015.08.03 / 11:23
Müəllif
Emin Aslanlı
Şərhlər
Digər xəbərlər

İlham Əliyevin demədikləri...

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla