Yuxarı

General oğlunun həbsindən danışdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polis generalı oğlunun həbsinə münasibət bildirib.

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov APA-ya bildirib ki, bu gün Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, general-mayor Şərif Əsədullayevlə görüşüb. Hüquq müdafiəçisi Ş. Əsədullayevdən oğlunun həbsi barədə maraqlanıb. Polis generalı cavabında hər kəs kimi oğlunun da qanun qarşısında cavab verməli olduğunu qeyd edib.

"Hamı qanun qarşısında bərabərdir. Oğlumun günahı varsa, cəzasını çəkəcək, yoxdursa, azad olunacaq", - deyə general bildirib.

Qeyd edək ki, aprelin 10-da Bakının Yasamal rayonunda fəaliyyət göstərən "Senator" restoranında dava-dalaş baş verib, bir nəfər bıçaqlanıb.

Hadisədən dərhal sonra məsələyə aydınlıq gətirən Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov açıqlamasında bildirib ki, qeyd edilən faktla bağlı Yasamal rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb.

Eyni zamanda E. Sultanov bildirib ki, Tamerlan Əsədullayev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunub və Yasamal rayon məhkəməsinin müvafiq qərarı ilə barəsində 4 aylıq həbs qəti-imkan tədbiri seçilib.

Tamerlan Əsədullayev Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, general-mayor Şərif Əsədullayevin oğludur.

Tarix
2015.08.03 / 12:59
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin demədikləri...

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla