Yuxarı

Azərbaycanlı idmançı dünyanı şoka saldı - Video

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Honq Konqda muay-tay üzrə "Top King World Series" adlı dörd ən güclü idmançının iştirak etdiyi nüfuzlu turnirə yekun vurulub.

İnteraz xəbər verir ki, ilk yarımfinalda azərbaycanlı döyüşçü "Best of the Best" promoşn qrupunun üzvü Xəyal Caniyev Tailand boksunun canlı əfsanəsi, dünyanın ən güclü muay-tay döyüşçüsü Buakav Bançameklə üz-üzə gəlib.

İlk raund zamanı X.Caniyevin güclü zərbəsinin qarşısını ala bilməyən B.Bançamek başından ciddi zədə alıb. Bununla belə döyüş dayandırılmayıb. Üç raundluq görüş zamanı azərbaycanlı idmançı titullu rəqibini bütün komponentlərdə üstələyib.

Yekunda uzun illər məğlubiyyət acısı yaşamayan Buakav Xəyal Caniyevə uduzub. Hakimlər yekdilliklə Xəyal Caniyevin qələbə qazandığını təsdiqləyiblər. "Best of the Best" promoşnun üzvünün qələbəsi dünyada böyük sensasiya kimi qəbul edilib.

Tailand mətbuatı əfsanəvi idmançıları Buakav Bençamekin məğlubiyyətinə inanmaq istəmədiklərini yazıb.

Qeyd edək ki, 21 yaşlı Xəyal Caniyev Azərbaycanın "Best of The Best" promoşn qrupunun üzvüdür. K-1 brendinin sahibi olan promoşnun prezidenti Elnur Məmmədovun rəhbərliyi altında təşkilatda onlarla perspektivli idmançı məşq edir. Ötən il Buakav Bençamek Bakıda keçirilən K-1 World Max-da iştirak edib və inamlı qələbə qazanıb.

Tarix
2015.08.04 / 12:22
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla