Yuxarı

Hacı Şahinin məzarlıq iradına – Reaksiya

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biz qəbiristanlıqlarda səliqə-sahman yaradırıq. Ancaq bu işləri yalnız məzarlıqların ara yollarında həyata keçiririk. Qəbir daşlarının ətrafını sahmana salmaq, təmizləmək, abadlaşdırmaq isə vətəndaşın özü tərəfindən olmalıdır.

Bu sözləri Axar.az-a açıqlamasında Bakı şəhər Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin baş mühəndisi Sabir Həsənov deyib.

İlahiyyatçı Hacı Şahin Həsənlinin bu sahədə iradlarına münasibət bildirən S.Həsənov qeyd edib ki, vətəndaş tərəfindən qəbir daşlarının yan-yörəsinə nəzarət olunmalıdır, gül-çiçək əkilməlidir. Onun sözlərinə görə, bu, Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin vəzifəsi deyil.

S.Həsənov məzar daşlarının dəbdəbəli qoyulmasını isə vətəndaşın istəyindən asılı olduğunu söyləyib. O, qurumun bu məsələyə müdaxilə etmək səlahiyyəti olmadığını vurğulayıb.

Modern.az saytına danışan Hacı Şahin dəbdəbəli qəbirüstü abidələrin qoyulmasının yolverilməzliyini qeyd edib. O, bununla yanaşı, qəbiristanlıqlarda təmizlik yaradılması üçün qanunverici aktların tərtib olunmasını da lazım bilib:

"Qəbir yerlərinin səliqəsinə isə xüsusilə fikir verilməlidir. Qəbiristanlıq insana axirətini xatırlatmalıdır. Bir sıra Avropa ölkəsində hətta qəbir üzərində gül əkilir, çəmənlik salınır.

Qəbiristanlıq bir növ parkı xatırladır. Müsəlman ölkələrində də qəbir daşları sadə şəkildədir, bizdə də bu təcrübə tətbiq olunmalıdır ki, bahalı mərmərə verilən pul başqa bir lazımlı işə yönəldilsin.

Qəbir ərazisinin səliqə-sahmana salınmasına isə yalnızca şəriət baxımından deyil, eyni zamanda da qanunla nəzarət edilməli, bu istiqamətdə maarifçilik işləri aparılmalıdır. İnsanlar özləri də qəbirlərin təmizliyinə nəzarət etməli, onlara hərdən baş çəkməli, otdan, alaqdan təmizləməlidir".

Tarix
2015.08.05 / 08:30
Müəllif
Emil Salamoğlu
Şərhlər
Digər xəbərlər

Sülhməramlılar Goran stansiyasında cəmləşdi - Foto

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla