“Krokus” cinayətkarları Tacikistanda yaxalandı
15:50
Ana səhifə Toplum |
Bakıdakı qəbiristanlıqlar heç bir yerə köçürülməyəcək. Məndən müsahibə alınarkən o fikir təhrif olunub. Sadəcə, mövcud məzarlıqlarda sıxlıq yarandığı üçün şəhərin başqa ərazilərində yeni qəbiristanlıqlar salınması nəzərdə tutulur.
Bu sözləri Axar.az-a Bakı Şəhər Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin baş mühəndisi Sabir Həsənov bildirib. Baş mühəndisin sözlərinə görə, media onun adından yanlış xəbər verib və bu da müəyyən narahatlığa səbəb olub:
"Yeni sahələrdə məzarlıqlar salınması və həmin massivlərin müəyyən olunması Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin səlahiyyətindədir.
Bununla bağlı Nazirlər Kabineti və Bakı Şəhər İcra Hakimiyyəti qarşısında məsələ qaldırılıb".
Tarix
2015.08.05 / 09:09
|
Müəllif
Emil Salamoğlu
|