Yuxarı

Mübariz Qurbanlı işdən çıxartdığı şəxsə vəzifə verdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində kadr dəyişikliyi ilə bağlı məlumat yayıb.

Komitədən Axar.az-a verilən məlumata görə, bəzi kütləvi informasiya vasitələrində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində kadr dəyişikliyi ilə bağlı məlumatlar yayılıb. Yayılan məlumatlarda Dövlət Komitəsinin Aparat rəhbəri Oqtay Hüseynovun işdən uzaqlaşdırılması ilə bağlı əsassız fikirlər yer alıb.

Aparılan kadr dəyişikliklərinə əsasən Oqtay Hüseynov Dövlət Komitəsinin Maliyyə-təsərrüfat şöbəsinin müdiri təyin olunub və hazırda fəaliyyətini davam etdirir. Dövlət Komitəsinin Aparat rəhbəri vəzifəsinə Ümumi şöbənin müdiri Alim Süleymanov təyin edilib.

Komitədən bildirilib ki, kütləvi informasiya vasitələrinin nümayəndələri Dövlət Komitəsi haqqında hər hansı bir informasiyanı yaymadan əvvəl Komitənin Mətbuat xidməti ilə dəqiqləşdirsinlər.

Qeyd edək ki, Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) yeni kadr təyinatı olması ilə bağlı məlumat yayılmışdı. Report-un xəbərinə görə, Oqtay Hüseynov Aparat rəhbəri vəzifəsindən çıxarılıb. Onun yerinə isə Alim Süleymanov təyin edilmişdi.

Tarix
2015.08.05 / 11:35
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla