Yuxarı

O, gözləri ilə duyurdu...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycanın mərhum yazıçısı Rafiq Tağının doğum günüdür. O, 1950-ci ilin bu günü Masallı rayonunda anadan olub.

Yaşasaydı, bu gün 65 yaşını qeyd edəcəkdi...

Rafiq Tağı gözəl yazıçı olmaqla bərabər, həm də həkim idi. O, təkcə xəstəxanalarda deyil, kitab təqdimatlarında, ədəbi tədbirlərdə də həkim olurdu. Rafiq Tağı ürəyi dərmanla, beyini sözlə müalicə edəcək qədər peşəkar və... zarafatcıl insan idi. Bir anda əlində Əlifba kitabı vərəqləyən 1-ci sinif şagirdinə çevrilə bilirdi.

Qalın eynəyi arxasında bozaran gözləri nə qədər uzaq görünsə də, əslində, çox yaxın idi. O, eynək arxasından insanların ürəyini mikroskopla izləyirmiş kimi baxırdı. Rafiq Tağı insanları gözləri ilə görmürdü, onları gözləri ilə duyurdu.

Bəzi qələm yoldaşları onu "Azərbaycanın Çexovu" adlandırırlar. Rafiq Tağı bir çox palatalardan alnıaçıq, üzüağ çıxmışdı. Bəlkə də elə buna görə siması eynəyindən daha çox parlayırdı – üzündə qəribə nur var idi.

Onun yaradıcılığı haqda çox danışmaq olar... ancaq məncə, onun əsərləri haqda çoxlu-çoxlu susmaq lazımdır.

Rafiq Tağı ömrünün 65-ci sükutundadır.

Təəssüf ki, "altı nömrəli palata"dan çıxmaq Azərbaycanın Çexovuna qismət olmadı... və o, 2011-ci ilin 23 noyabrında vəhşicəsinə qətlə yetirildi.

Tarix
2015.08.05 / 13:27
Müəllif
Aqşin Evrən
Şərhlər
Digər xəbərlər

Ağdərədə nələr baş verir? - Video

Ermənilərin başına bir milyard pul qoyduğu Pəncəli... - Video

Ramiz Rövşən: Əlimdən qan iyi gəlir...

Tarix: İmperiya idarə edən azərbaycanlı Aristotel - Video

Ölkəmizdə təhlükəli virus tapıldı: CONTEXT-21

Tarixi şans yarandı: Yeni səfərbərlik olmalıdır!

Azərbaycan xalqı yeni müharibəyə başlasın!

Laçınla 29 ildən sonra ölkəmiz üçün ilk yaşandı

Ermənilərin Qarabağdan apardığı qapı...

Ermənilər Ağdamda bu qalanı niyə dağıtmayıb? - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla