Yuxarı

Ərdoğan Suriyada türk dövləti quracaq - Şərh

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Seçkilərdən sonra koalisiya hökuməti qurulmasına kənardan maneə yaradıldı. Ərdoğan da koalisiya hökuməti qurulmasını istəmir.

Bu fikirləri Axar.az-a siyasi şərhçi Qabil Hüseynli açıqlayıb. Türkiyədə son günlər cərəyan edən proseslərdən danışan analitik hesab edir ki, PKK və İŞİD-ə qarşı əməliyyatlar təkcə seçkilərə hesablanmayıb.

Onun fikrincə, Türkiyənin Suriya ərazilərində terrorçuları bombardman etməsi daha da genişlənə bilər. Politoloq bunun nəticəsində İŞİD-in işğal etdiyi ərazilərdə, yəni Türkiyə-Suriya sərhədində kiçik türkmən dövləti yaradılacağını da istisna etmir:

"Ərdoğan təkbaşına hökumət qurmaq alınmadığı üçün nəticələrlə də barışmır. Təkrar seçkilərə gedəcəyini və koalisiya hökuməti olmayacağını onsuz da ilk gündən bəyan etmişdi.

Çin və İndoneziya səfərlərində mətbuata da açıqlamışdı ki, ara hökumət olmalıdır. Partiyalardan biri isə bu ara hökumətə dəstək verməlidir. Beləliklə, Ərdoğan parlament üsul-idarəçiliyindən prezidentlik sisteminə keçməyi arzulayır".

Q.Hüseynli yekunda keçid hökuməti qurulacağını güman edir:

"Bir partiyanın AKP-yə dəstəyi kifayət edir ki, keçid hökuməti formalaşsın. CHP və ya MHP bu mərhələdə rol oynaya bilər.

Ancaq Türkiyədə gərginliyin tək səbəbi kimi təkbaşına hökumət qurmaq və təkrar seçkilərə gedilməsi iddialarını bölüşmürəm. Bu proseslərdə PKK-nın böyük günahı var, üçillik atəşkəs yenə pozulub. Yəni, hadisələrin təkcə seçki xətrinə olduğunu demək yanlışlıqdır".

Politoloqun sözlərinə görə, PKK-nın Suriya qanadı olan PYD türkman kəndlərini işğal edib, kürdləri bu yerlərə doldurur: "Suriyanın Türkiyə sərhədində növbəti kürd muxtariyyətini yaratmağa çalışırlar. Türkiyə isə Ağ Evlə intensiv danışıqlar başladı və Suriya ərazilərinə aviazərbələr endirəcək. ABŞ da rəsmi Ankaraya dəstək verəcək. Beləcə, Türkiyə Suriyanın sərhədində kiçik türkman dövlətinin yaradılmasına nail olacaq".

Artıq Amerika Türkiyənin arxasında durur, İsraillə barış prosesi də diplomatik şəkildə həllini tapacaq, Misirlə də münasibətlər düzələcək. Nəhayət, təkrar Türkiyə-İsrail-Misir ittifaqı yarana bilər".

Tarix
2015.08.05 / 16:41
Müəllif
Emil Salamoğlu
Şərhlər
Digər xəbərlər

Azərbaycan Aİİ-yə üzv ola bilərmi? - Prezident nöqtə qoydu

İrəvan təsdiqlədi: Tarixi paytaxtımızda konsulluq açır

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar

Qarabağla bağlı bu planımız noyabra qədər hazır olacaq

Japarov Füzuliyə getdi, Əliyev qarşıladı

Artıq kəndlər qayıdır, proses isə… - Metyu Brayza

Siyarto Bakıda: İclas başladı

İkinci Qarabağ savaşından dərhal sonra deyirdim ki...

Bununla da Ermənistandan böyük həcmdə silahlar daşındı

Ərdoğanın tələbi həm də İrəvanın marağıdır - Koçinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla