Yuxarı

“Boko Haram” niyə ancaq qızları qaçırır?

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Adı rok qrupu, ya da şou proqram kimi beyinlərdə assosasiya doğuran bu marginal təşkilat – "Boko Haram" niyəsə son illərdə dəbə minib.

Dünənədək Nigeriyada baş kəsib, qan tökməklə ad çıxaran "Boko Haram" haqda nə yazırdılar, nə də bu dəstənin fəallığı nəzərə çarpırdı.

Yalnız "İslam dövləti", "Nusra Cəbhəsi", "Əhrar əşŞam" kimi manqrutlardan təşkil edilmiş silahlı birləşmələr meydana çıxanda uzaq Afrika qitəsində də "Boko Haram" nəyin haram, nəyin halal olduğunu diktə etməyə başladı. 2002-ci ildən bəri fəaliyyətdə olan "Boko Haram" yalnız 2010-cu ildə ABŞ, 2014-cü ilin mayında isə BMT Təhlükəsizlik Şurası tərəfindən terror təşkilatları siyahısına salındı. Geridə qalan 12 il ərzində törədilmiş cinayətlərdən isə "tərəqqipərvər dünya" ya bixəbər olub, ya da seyrçi mövqeyində.

Kimisi bu terror qruplaşmasını Afrikanın Talibanı, kimisi Əl-Qaidəsi hesab edir. Əsl adı isə "Camaatu Əhlus-Sünnə lid-Dava vəl Cihad" olan terrorçu hərəkat Nigeriyanın radikal islam sektasıdır. Məhəmməd Yusif adlı şəxs tərəfindən yaradılan təşkilatın məqsədi Nigeriyada şəriətin tətbiqi və Qərb həyat tərzinin silinməsidir. Seçkidə iştirak, köynək və şalvar geyilməsi də qadağandır.

Maraqlıdır ki, "Boko Haram"ın ambisiyaları bu ölkə hüdudlarını aşmır. Məsələn, İŞİD-in "terror xəritəsi"ndə Qafqazdan ta Avropayadək yürüş planları nəzərdə tutulub. "Boko Haram" isə müsəlmanların Qərb cəmiyyətinə bənzər istənilən ictimai-siyasi fəaliyyətini haram sayır.

Maiduguri şəhərində mənzillənmiş terrorçulara yerli sakinlər lakonik şəkildə "Boko Haram" deyirlər. Hausa dilindən bu ad "Qərb təhsili haramdır" kimi tərcümə edilir…

***

Məhəmməd Yusif müsəlman məktəbləri və məscidi əhatə edən dini kompleks yaratmışdı. Nigeriyadan və qonşu ölkələrdən bir çox yoxsul müsəlman ailələr uşaqlarını bu məktəbə qoyurdular. 2003-2009-cu illər "bokoçular" üçün durğunluq dönəmi də sayıla bilər. Amma 2009-cu il "cihad"çılar üçün ağır bir sınaq dövrü oldu.

Maiduguridə şiddətli toqquşmalar baş verir; inzibati binalara, polis məntəqələrinə hücumlar zamanı yüzlərlə "bokoçu" öldürülür, minlərlə sakin şəhəri tərk edir, təhlükəsizlik qüvvələri qrupun mənzil qərargahını ələ keçirir, döyüşçüləri həbs edir, Məhəmməd Yusif öldürülür.

Onun cəsədi dövlət televiziyası ilə nümayiş etdirilirək təşkilatın məhv olduğu açıqlanır. Çox çəkmir ki, Əbubəkr Şeka "Boko Haram"ın liderliyinə gətirilir.

Bu müddətdə kilsələr, avtobus dayanacaqları, barlar, hərbi kazarmalar, polis məntəqələri və hətta paytaxt Abucada BMT mənzil-qərargahı hücumlara məruz qalıb.

Nəhayət, 2013-cü ildə Prezident Qudlak Conatan ölkənin 3 şimal ştatında - Borno, Yobe və Adamavada fövqəladə vəziyyət rejimi elan edir. Həmin ərazilərdə qoşunların yerləşdirilməsi yaraqlıların əksəriyyətini Maidugurini tərk etməyə məcbur edir. "Boko Haram" Kamerun sərhədi boyu ucsuz-bucaqsız Sambisa meşələrinə çəkilməli olur.

Bu yaraqlılar 5 ildir ki, ölkədə ciddi mübarizə aparır, 4 min adam öldürüb, yarım milyon adam öz ölkəsində məcburi köçkünə çevrilib. Təkcə bu il ölənlərin sayı 1500 olub.

***

İndi qarşıda duran sual onların məktəblərdən niyə qızları qaçırmasıdır.

Əslində, "Boko Haram" döyüşçüləri öz arvad-uşaqlarının hökumət tərəfindən həbs edilməsinə adekvat olaraq bu addımları atırdılar. Sonradan tərəflər arasında girov mübadiləsi keçirildi, qadın və uşaqlar azadlığa buraxıldı.

Amma indi məktəblərdən yüzlərlə qız uşağının qaçırılması alver məqsədi ilə həyata keçirilir - "bokoçu"lar da qazanır, alanlar da. Terror təşkilatları biznes-kultdur, kimlərsə kondisionerli otel otaqlarında şərab içərkən öz qurbanlarını yetişdirməyin yollarını düşünürlər – həşşaşilərin lideri Həsən Səbbah kimi…

Tarix
2015.08.20 / 15:33
Müəllif
Emil Salamoğlu
Şərhlər
Digər xəbərlər

İranda telefonunuzda MTN yazısı görsəniz... - Reportaj

Deputatın olduğu canlı yayıma basqın - Video

Meksikalı futbolçudan müdhiş “Neftçi” yalanı

Dövlət iki mərkəzi satır – Hərrac

Dəmir yolunun bu hissəsi söküldü

Xaçmazda quşlar kütləvi tələf olur? – Foto

Öcalandan Gülən haqda şok sözlər

Moskva sirki Bakıya gəlir

Messinin dublu, almanların “sülh”ü…

Saratovka qaymağı zay çıxdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla