Yuxarı

Siqaret çəkənlərə bəd xəbər - Qadağa

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda ictimai yerlərdə siqaret çəkməyin qadağan edilməsi gələn ilin sonuna qədər qanun çərçivəsində həll oluna bilər. Bu barədə Trend-ə Milli Məclisdən məlumat verilib.

Bildirilib ki, ictimai yerlərdə siqaret çəkməyin qadağan olunması hissə-hissə həyata keçirilir və bu da yaxşı nəticələr verib: "İlk olaraq bir neçə il bundan əvvəl ictimai nəqliyyatda siqaret çəkməyi qadağan edən qanun qəbul edildi. Bu qanun artıq işləyir. Bundan əlavə, ötən ilin sonuncu iclasında Vergi Məcəlləsinə əlavə və dəyişikliklər oldu. Tütün məmulatlarına aksiz vergiləri qaldırıldı və onun qiymətləri artırıldı".

Məlumata görə, Milli Məclisin növbəti iclaslarında da bu məsələ yenidən qaldırılacaq: "İctimai yerlərdə siqaret çəkməyin qadağan edilməsi ilə bağlı məsələ bu ilin payız sessiyasında və yaxud da gələn ilin yaz sessiyasında qanun çərçivəsində tam həll oluna bilər".

Məsələ qanun çərçivəsində həll olunduqdan sonra hava və dəniz limanlarında, dəmiryolu və avtobus vağzallarında, şəhərlərarası bütün marşrutlarda, taksi də daxil olmaqla bütün ictimai nəqliyyat növlərində siqaret çəkilməsi qadağan ediləcək. Bundan başqa, kinoteatrlarda, idman yarışları və konsertlər keçirilən qapalı zallarda, tədris müəssisələri, uşaq bağçaları, səhiyyə və ictimai-iaşə müəssisələrində, şadlıq evlərində siqaret çəkilməsinə məhdudiyyət qoyulması nəzərdə tutulur. İş yerlərində isə xüsusi ayrılmış yerlərdə siqaret çəkilməsinə icazə veriləcək.

Qeyd edək ki, ABŞ-ın təxminən 40-dan artıq ştatında, Avropa Birliyi ölkələrinin əksəriyyətində, Türkiyədə, Baltikyanı ölkələrdə ictimai yerlərdə siqaret çəkməyin məhdudlaşdırılması haqqında qanun qəbul olunub.

Tarix
2015.08.21 / 17:23
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla