Yuxarı

“Koroğlu”nu məndən 3 min rubla almışdılar”

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Keçmiş davamedici zaman" layihəsinin budəfəki qonaqları heykəltəraşlar Zakir Əhmədov və Sənan Cəfərovdur.

Sual: "Heykəltəraşlıqda satış sistemi necədir? Ən baha qiymətə satılan əsəriniz hansıdır?"

Zakir Əhmədov "Koroğlu" heykəlini yüksək məbləğə satdığını bildirdi:

"O vaxt incəsənətə böyük maraq var idi. Bütün fəsillər üçün ayrıca sərgilər təşkil olunurdu. Bu sərgilərdə iştirak etmək çox çətin məsələ idi. Çünki münsiflər heyəti çox tələbkar olurdu. Sərgilənən əsərlərin əksəriyyəti Mədəniyyət Nazirliyi tərəfindən alınırdı. Mən 1978-ci ildən başlayaraq demək olar ki, bütün sərgilərdə iştirak etmişəm. Qiymətlər də çox əla olurdu. Yadıma gəlir, "Koroğlu" heykəlimi o vaxt 3 min rubla almışdılar. Çox böyük məbləğ idi. Bundan başqa, komissiya da yaradılmışdı ki, hər kəsin əsəri satılsın. Təəssüf ki, son illərdə Azərbaycanda bir dənə də sanballı sənət əsəri yaranmayıb. Halbuki həmin sənətkarlardır. Bəzən bir əsərin üzərində bir il işləməli olurdun. İndi isə sifariş verənlərin çoxunun sənətdən başı çıxmır. Heykəltəraşa rəngsaz, malakeş kimi baxırlar. Bilmirəm səbəb nədir, amma sənət ölüb".

Sənan Cəfərov cəmi bir əsərini satdığını dedi:

"Bizdə heykəltəraşlıqda standart satış qiyməti yoxdur. Hərənin bir qiyməti var, hərə əsərinə bir qiymət qoyur. Satış xeyli zəifləyib. Mən cəmi bir dəfə əsərimi satmışam. O da ki razılaşdığımız kimi olmadı. Danışdığımız məbləğdən 150 manat hansısa şərəfsizə verməyə məcbur oldum. Amma o adam dövlət qanunlarını pozaraq məndən faiz götürüb. Halbuki buna səlahiyyəti çatmırdı. Məcbur olub verdim, çünki min bir bəhanə ilə pulumu gecikdirirdi. İndi satış belədir ki, qalereyaya standart bir əsər aparırsan, onlar özü qiymət qoyur. 3 min manatlıq əsərə 700-800 manat qiymət deyir. Halbuki o əsərin hazırlanmasına elə 300 manat xərcim çıxır. Əsər satılandan sonra qalereya deyir ki, 800-dən 150 manat bizimdir. Yəni həm satır, həm də faiz alır. Mənim əsərimi görüb bəyənmişdilər, özləri dəvət etdilər qalereyaya. Mən də tanınmış bir dostumla getdim, sağ olsun, onun köməkliyi ilə qiyməti 1200 manatda saxlaya bildim. Bir neçə aydan sonra əsərim satıldı. Pulumu isə orada rəssamlığa aidiyyəti olmayan bir nəfər verməli idi. Təəssüf ki, pulumdan 150 manat faiz tutdu".

Tarix
2015.08.25 / 08:40
Müəllif
Nigar An
Şərhlər
Digər xəbərlər

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla