Yuxarı

Rasimin qətlində gizli məqam

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hələ min il əvvəl Həkim Eldostu hazırladığı iksirlə daşlaşmış qollarını açmışdı. Ancaq indi vəziyyət 180 dərəcə dəyişib: həkimə sağlam böyrəklə gedirsən, qayıdanda böyrəyində çınqıl, qaya parçası, sement qalığı olur.

Görəsən ondanmı ki, məhləmizin sakinləri 3 universitet bitirmiş Əhməd doktora deyil, savadsız Şərqiyyə nənəmin türkəçarələrinə inanır. Gərək ki, bəzi həkimlər də otla müalicə üsullarına keçsinlər. Zatən, otla, xüsusilə əncir yarpağı ilə araları yaxşı olmalıdır, çünki lütdürlər - 3-5 manata görə vicdanlarını soyunub çılpaq qalıblar.

İsti avqust günlərindən birində jurnalist dostumuzu – Rasim Əliyevi itirdik. Özü də nəinki bir insan, hətta bir həşəratın həyatına dəyməyəcək mövzuya görə. Yenə bir çoxları məsələni siyasiləşdirməyə, günahsız bir insanın meyitinin üzərində öz ideyalarının bünövrəsini qurmağa çalışdı. Rasimin üzərini təkcə məzar daşı yox, bəzilərinin rahat yerimək üçün düzdükləri daş da örtdü. Türkiyə mətbuatı onun türk bayrağı açan futbolçunu tənqid etdiyinə görə öldürüldüyünü iddia etdi. Amma reallıq budur: Rasimin nişanlısının çarəsiz baxışlarında bütün bayraqlar, ümumilikdə isə dünya futbolu çox miskin və mənasız görünürdü.

Cinayətə siyasi don geyindirənlər oldu. Ancaq siyasi qətllər soyuq və ya odlu silahla, ən pis halda zəhərlənmə ilə həyata keçirilir. Məsələn, Kennedi, Nemtsov, Bhutto... Heç kim öldürüləsi adama 5-6 təpik vurub getməz. Açıq-aşkar görünür ki, Rasimin cinayəti birmənalı şəkildə məhlə xarakterli kriminal hadisədir və bu cinayətin bir statusa görə baş verməsi daha böyük faciədir. Bu cinayət Azərbaycan gəncliyinin müəyyən qisminin bu gün hansı təfəkkürdə olmasını göstərdi. Avropa gənci min il bundan əvvəl buxar maşını kəşf edib. Bizimkilər isə hələ də "hansımız qəlyanın tüstüsünü ağzımızdan halqavari buraxırıq" deyə, yarışa giriblər.

Bizim dünyada baş verən bütün proseslərə münasibətimiz bax belə – çayxana səviyyəsindədir. Biz zikr təsbehindən qaqaş təsbehi düzəldib, bunu kişilik simvolu sayan gənclərik.

Və Qərb düşüncəsi də məhz buna görə bizi anlaya bilmir. Amma bu, təkcə "anlamamaq"dan deyil, anlamaq istəməməkdə, öz istəyinə uyğun anlamaq cəhdindən doğur. Ümumiyyətlə, Qərb mətbuatının müsəlman, türk dünyasına qarşı ikili standartı göz önündədir. "Şarli Hebdo"ya hücuma görə bütün dünya ayağa qalxdı. Ancaq həmin hadisədən sonra Keniyada universitet yataqxanasında törədilmiş misilsiz terror ört-basdır edildi.

Eləcə də ötən gün Amerikada canlı yayım zamanı iki jurnalistin öldürülməsi əqli çatışmazlığı olan birinin əməli kimi qələmə verildi. Maraqlıdır ki, heç kim bunun arxasında dini, irqi və siyasi çalar olduğunu ağlının ucundan keçirmədi.

Qərb öz məqsədləri naminə, Azərbaycana təzyiq etmək üçün ikili standart tətbiq edir, kriminal olayı siyasiləşdirir. Ancaq bəlkə də fərqində deyil ki, bu yanaşma ilə təkcə siyasi hakimiyyətin yox, hər bir Azərbaycan vətəndaşının haqqını yeyir; Qərbin bu davranışlarının ağrısını hər birimiz dərimizdə hiss edirik.

Rasim Əliyev cinayətinin kriminal olay olduğu çılpaqlığı ilə üzdə olsa da, hətta "bu "razborka"dan xəbərdar olanların" həbsinə qədər sərt reaksiya göstərildi. Əvəzində ən mühüm detal unuduldu: axı Rasimi savadsız həkimlər öldürüb!

Məsələnin siyasiləşdirilməsi bu kriminal faciədə həm də səhlənkar, səhiyyəmizi bərbad günə qoyan həkimlərin cəzalanmasına diqqət ayırmağa imkan vermir: biz olayın heç bir zəruri ehtiyac olmadan "kriminallığını" isbatlamağa məcbur edilirik, həkimlər isə yaddan çıxır.

Gedin, camaatın gözü qarşısında, canlı efirdə iki jurnalisti öldürən keçmiş jurnalistinizin hansı diskriminasiya səbəbindən bu addımı atdığı ilə məşğul olun: istəyirsiz, kriminallaşdırın, bunu "psixoloji pozuntu" sayın, istəyirsiniz, insan haqqının pozulmasına görə dəlilik həddinə çatan jurnalistin qisas alması kimi izah edin. Özünüz bilərsiniz. Amma siyasi mızınızı çəkin, qoyun, Rasimin ölümünə bais olanların ədalətli cəzasını alması üçün özümüz qərar verək!

Tarix
2015.08.27 / 17:00
Müəllif
Aqşin Evrən
Şərhlər
Digər xəbərlər

Ağdərədə nələr baş verir? - Video

Ermənilərin başına bir milyard pul qoyduğu Pəncəli... - Video

Ramiz Rövşən: Əlimdən qan iyi gəlir...

Tarix: İmperiya idarə edən azərbaycanlı Aristotel - Video

Ölkəmizdə təhlükəli virus tapıldı: CONTEXT-21

Tarixi şans yarandı: Yeni səfərbərlik olmalıdır!

Azərbaycan xalqı yeni müharibəyə başlasın!

Laçınla 29 ildən sonra ölkəmiz üçün ilk yaşandı

Ermənilərin Qarabağdan apardığı qapı...

Ermənilər Ağdamda bu qalanı niyə dağıtmayıb? - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla