Yuxarı

Ölkədə süni işsizlik yaradanlar kimlərdir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri ölkəyə xaricdən ucuz işçi qüvvəsi gətirən şirkətlərin adlarını açıqlayıb.

Axar.az xəbər verir ki, bu barədə QHT sədri Mirvari Qəhrəmanlı Feysbuk hesabından məlumat paylaşıb. M.Qəhrəmanlının fikrincə, xaricdən ucuz işçi qüvvəsi gətirən şirkətlər ölkədə süni şəkildə işsizlik problem yaradır:

"Neftçilərin Hüquqlarının Müdafisi Təşkilatı olaraq ölkədə neft sənayesində gedən ixtisarlarla əlaqədar vaxtaşırı narahatçılığımızı bildiririk. Bu ixtisarların nəticəsində çoxlu sayda insan işsiz qalır və təbii ki, bu da ölkədə işsizliyin artmasına səbəb olur. Ancaq belə bir şəraitdə, ölkəyə xaricdən (əsasən də Hindistandan) işçi qüvvəsinin gətirilməsinin səbəbi nədir? Təşkilatımıza daxil olan məlumata görə, belə şirkətlərdən "Caspian Shipyard Company", "Elite Marine PTE" LTD və s. göstərmək olar. Daha bir şirkət isə bu prosesin hazırlığı (xaricdən işçi gətirilməsi) mərhələsindədir. Biz Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatı olaraq narahatçılığımızı bildiririk. Ümid edirik ki, bu sahəyə məsul müvafiq dövlət qurumları prosesi nəzarətə götürəcəklər".

Tarix
2015.08.29 / 08:45
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla