Yuxarı

Xəzərin dərinliyində meydança tikiləcək

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Neft Daşları" yatağı üçün yeni estakadayanı meydança tikiləcək.

SOCAR-dan Axar.az-a verilən məlumata görə, "Neft Daşları" yatağında yeni blok tipli 1646 saylı estakadayanı meydança quraşdırılacaq. Meydança "Azneft" İstehsalat Birliyinin "Neft Daşları" Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə "Neftqazelmitədqiqatlayihə" İnstitutunun layihəsi əsasında inşa olunacaq. Estakadayanı meydançanın baş podratçısı "Neftqaztikinti" Trestidir.

10 istismar quyusunun qazılması üçün nəzərdə tutulan meydança dənizin 14 metr dərinliyində yerləşdiriləcək. Meydançada müasir qazma avadanlığı, 37 nəfərlik yaşayış bloku, qaldırıcı kranlar, korroziyadan mühafizə sistemi, minik və yanalma meydançaları tikiləcək. Həmçinin, dizel elektrik generatorları və digər zəruri avadanlıqlar quraşdırılacaq.

Qeyd edək ki, estakadayanı meydançanın tikintisinin 2017-ci ildə başa çatdırılması planlaşdırılır. Meydançadan qazılacaq quyuların hər birindən sutkada 10 ton neft hasil ediləcəyi gözlənilir.

Tarix
2015.08.29 / 09:28
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Almaniyada səfərdədir

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla