Yuxarı

AYO üzvü qeybə çəkildi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

20 gündür yazıçı-rəssam Fərhad Yalquzaqdan xəbər yoxdur. Bir neçə ay əvvəl ucqar dağ kəndlərindən birində, sivilizasiyadan uzaqda həyat sürməyə qərar verdi və əşyalarını, əmlakını – hər şeyini sataraq bilinməzlərə qarışdı.

Axar.az xəbər verir ki, Fərhad Yalquzaq haqqında bu məlumatı yazar-şair Rasim Qaraca Feysbuk sosial şəbəkəsindəki hesabında paylaşıb.

"AYO üzvü qeybə çəkilib. 20 gündür yazıçı-rəssam Fərhad Yalquzaqdan xəbər yoxdur. Bir neçə ay əvvəl ucqar dağ kəndlərindən birində, insanlardan, sivilizasiyadan uzaqda həyat sürməyə qərar verərək, əşyalarını, əmlakını – hər şeyini sataraq bilinməzlərə qarışdı. Yanına telefon, radio belə almadan yoluna davam etdi. İlk hədəfi ağaclardan özünə bir sığınacaq düzəltmək və azuqə (qaxac ət) toplamaq idi. Fərhaddan çox narahatam. Artıq soyuq düşməyə başlayıb. Azərbaycan tarixində ilk dəfə belə bir riskli həyatı öz üzərinə götürmək nümunəsi gerçəkləşəcəkmi? Fərhadın qeyri-adi iradə sahibi olduğunu bilirəm. Amma düşüncələrimin bir bölgəsi daim onunla məşğuldur..."

Xatırladaq ki, F.Yalquzaq özü də avqustun 7-də status yazaraq bu haqda məlumat vermişdi:

"Dostlar, sabah Bakıdan çıxıram, həyatımı daha rəngarəng etmək üçün dağ rayonlarından birinə çəkilirəm. Buraya bir də gələn ilin mart-aprel aylarında, bir həftəlik gələcəyəm. Yaşım 42, bundan sonra adamlar arasında deyil, təbiətdə yaşamağı üstün tuturam. Sivil həyatdan qıraqdakı yaşantımı ədəbiyyata çevirəcəyəm. Kimin nə sözü varsa, indidən söyləsin, sabahdan Feysbukda görünməyəcəyəm, telefon əlaqəmi isə 3-4 gündən sonra kəsəcəyəm. Sizə istədiyiniz həyatı, özümə isə arzularımın arxasınca sona qədər getməyi arzulayıram!"

Tarix
2015.08.29 / 10:21
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla