Yuxarı

Öldürülən sabiq polislə qatilin dostları davaya çıxdı – Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rövşən Həsənovu yaxşı tanıyıram. O, durduğu yerə belə addım atmazdı.

Axar.az xəbər verir ki, bu sözləri sabiq polis əməkdaşı Nadir İbrahimovun qatili Rövşən Həsənovun tanışı kimi özünü təqdim edən şəxs Feysbuk səhifəsində yazıb.

Rövşən Quliyev adlı sosial şəbəkə istifadəçisi cinayəti törədən Rövşən Həsənovu tanıdığını qeyd edib. Onun statusuna öldürülən N.İbrahimovu tanıyan Pəri Mövsüm adlı şəxs cavab verib:

"Sənin Rövşənin mənim ən yaxın dostumu öldürüb. Səni inandırıram ki, bu "durduğu yerə" törədilmiş cinayətdir. Mənim dostum Nadir İbrahimov qəbahətli iş görməyib.

O, sadəcə, keçmiş sevgilisi ilə barışmaq və onunla ailə qurmaq istəyirdi. Qız isə artıq başqası ilə görüşürdü - cinayəti törədən adamla. Yeri gəlmişkən, həm də evli bir adamla..."

Qeyd edək ki, N.İbrahimovun Feysbuk səhifəsində paylaşdığı şəkillərindən görünür ki, o da ailəli olub. Onun qızı ilə birlikdə fotosu var. Hadisə bu gecə saat 3 radələrində baş verib.

N.İbrahimov güllə yarası ilə xəstəxanaya gətirilib və orada ölüb. Hadisəni münaqişə zəminində törədən Rövşən Həsənov könüllü olaraq təslim olub.

O, hadisəni törədərkən istifadə etdiyi "Makarov" markalı tapançanı və patron darağını təhvil verib.

Tarix
2015.08.29 / 09:49
Müəllif
Emil Salamoğlu
Şərhlər
Digər xəbərlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla