Yuxarı

Çingiz Mustafayevin əbədi çağırışı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan xalqı əfsanəvi jurnalistin anadan olmasının 55-ci ildönümünü qeyd edir.

Şəhadətindən iyirmi üç il keçməsinə baxmayaraq Milli Qəhrəman Çingiz Mustafayev yenə də Azərbaycanın mübariz gəncliyinin lideri olaraq qalmaqdadır. Gənclər "Feysbuk"da, "Tvitter"də və başqa sosial şəbəkələrdə əfsanəvi jurnalistin adına səhifələr, cəmiyyətlər yaradaraq mübarizəyə başlayırlar.

Hər kəs həll edilməsini vacib bildiyi problemi gündəmə gətirir. Böyük hissəsi hələ də torpaqlarımızın düşmən tapdağında qalmasına son qoyulmasını tələb etsə də, korrupsiyaya qarşı mübarizəyə, Azərbaycan gəncinin əxlaqının qorunmasına və dini dəyərlərin uca tutulmasına çağıranlar da çoxdur.

Bu gənclərin hamısını Milli Qəhrəman Çingiz Mustafayevə bənzədən bir cəhət var - onlar Azərbaycanı səmimi qəlbdən sevirlər. Çingiz Mustafayev qısa, amma çox parlaq keçmiş yaradıcı ömrünün hər dəqiqəsini Azərbaycan naminə gəncliyin yetişdirilməsinə sərf eləmişdi.

O, bu işə hələ Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun tələbə şəhərciyində yerləşən sanatoriya müalicə-profilaktika müəssəsinin baş həkimi olan zaman başlamışdı. Sanatoriya tələbələr arasında çox populyar idi. Sanatoriyaya əsasən yataqxanada qalan tələbələr qəbul edilirdi. Bir aylıq yollayışla sanatoriyaya gedən tələbə keyfiyyətli yeməklə təmin edilir, müayinədən keçirilir və tam müalicə alırdı.

Çingiz yenidənqurmanın yaratdığı imkanlardan yararlanaraq Azərbaycanın kəndlərindən gəlmiş bu gənclərin həmin dövr üçün müasir olan biliklərə də yiyələnməsinə çalışırdı. Sanatoriyada yerli radio və tele studiya yaratmışdı, verilişlər otaqlara kabellə yayılırdı. Bu, Azərbaycanın ilk kabel televiziyası idi.

O vaxt İnşaat Mühəndisləri və Politexnik institutlarının tələbələrinin yaşadığı həmin şəhərcikdə qalan hər bir kəs Çingiz Mustafayevi özünə örnək, lider sayırdı. Çünki Çingiz inzibati işlərlə yanaşı yaradıcılıqla da məşğul idi və yaxın dostu Rasim Müzəffərli ilə birlikdə o vaxt gənclər arasında çox məşhur olan "Ozan" vokal-instrumental qrupunun yaradıcılarından idi.

Qarabağda 1988-ci ildə erməni seperatçılığının başlamasından, erməniləri başına yığmış sovet lideri Mixail Qorbaçovun onlara gizli və aşkar dəstək verməsindən sonra Çingiz qarşısına yalnız bir məqsəd qoydu: Azərbaycanın haqq səsi dünyaya çatdırılmılıdır. Həmin günlərdən sonra Çingiz Mustafayev Azərbaycanın ən yeni tarixinin video salnaməçisinə çevrildi. Müasir Azərbaycan tarixinin ən keşməkeşli günləri - 20 Yanvar faciəsi və Xocalı soyqırımı barədə həqiqətlər dünyaya məhz Çingizin kamerasının gözü ilə çatdırıldı.

Çingiz kamerasını götürərək Qarabağa yollanana qədər də Azərbaycanda Qarabağ hərəkatı vardı. Amma bu hərəkat bəziləri üçün mitinqlərdə emossiya nümayişindən, bəziləri üçün isə hakimiyyətə gəlmək üçün imkan yaradan xalq etirazından ibarət idi. Amma Çingiz efirdən üzünü Bakıda hakimiyyət uğrunda mübarizə aparan hərəkat liderlərinə və respublika rəhbərliyinə tutub çəkişmələri dayandırmağı, vətən torpağının müdafiəsinin qayğısına qalmağı tələb etdi. O, xalqa müraciət edərək Vətən torpağını qorumaq üçün hər kəsi Qarabağa dəvət etdi.

Həmin gün Azərbaycanda yeni bir hərəkat - Qarabağın düşməndən müdafiəsi hərəkatı başladı və onun banisi məhz Çingiz Mustafayevdir. Çingiz Mustafayev öz kamerasını götürərək ön cəbhəyə getdi. Azərbaycan xalqı da bu vətənpərvər oğlunun səsinə səs verdi və ölkənin hər yerindən vətənpərvərlər Qarabağa axışdı.

Beləliklə, 1986-87-ci illərdən Dağlıq Qarabağ ermənilərini silahlandıran, Vazianidə onlar üçün hərbi təlimlər təşkil edən, Monte Melkanyan kimi beynəlxalq axtarışda olan erməni terrorçuların bölgəyə gələrək silahlı terror dəstələri yaratmasına imkan yaradan Qorbaçovun məkrli planı tam gerçəkləşmədi. Əks halda, Kürlə Arazın arası, Naxçıvan, Gəncə və Bərdə şəhərləri ermənilərin nəzarətinə keçəcəkdi. Azərbaycan xalqı döyüşdü və öz dövlətçiliyini qorudu.

Şəhid olduğu 1992-ci il 15 iyun tarixinə qədər Çingiz Mustafayev dayanmadı, kamerası ilə daima irəli can atdı, ön cəbhədə yer aldı. Onu yanında görən Azərbaycan oğulları qürurla döyüşdülər, geri çəkilmədilər. Çingiz Mustafayev Azərbaycan əsgərini daima qələbəyə səslədi. Şəhadətindən sonra Azərbaycan xalqı onu unutmadı, Azərbaycanın hər bir evində Çingiz Mustafayevin şəkli asıldı, gənclər öz həyat yolunda ona bənzəməyə çalışdılar.

Çingiz Mustafayev bu gün də Azərbaycan gəncliyinə səslənir. Təsadüfi deyil ki, qardaşı Vahid Mustafayevin çəkdiyi və Azərbaycan gəncliyi arasında çox populyar olan "Xoca" filminin bir müəllifinin də Çingiz Mustafayev olduğu deyilir. Çünki 600-dən çox mülki azərbaycanlının Ermənistan ordusu tərəfindən qətlə yetirildiyi bu soyqırım barədə həqiqəti ilk dəfə dünyaya Çingiz Mustafayev çatdırıb. Çəkilişi 1992-ci ildə Milli Qəhrəman Çingiz Mustafayev tərəfindən başlanmış filmi 2012-ci ildə qardaşı Vahid Mustafayev başa çatdırdı. "Xoca" indiki Azərbaycan gəncliyinə də 20 il əvvəl baş vermiş Qarabağ gerçəklərini anlatdı.

Şəhidlik zirvəsinə yüksələrək Tanrı dərgahına qovuşmuş Çingiz Mustafayevin narahat ruhu əbədiyyətə qədər Azərbaycan gəncliyinin yanında olacaq və onları mübarizəyə səsləyəcək.

Axar.az ANS-ə istinadən videonu təqdim edir:

Tarix
2015.08.29 / 14:22
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla