Yuxarı

İtaliya qəzeti Mehriban Əliyevadan yazdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İtalia Oggi" qəzetində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti barədə məqalə dərc olunub.

Axar.az xəbər verir ki, yazıda bir neçə gün əvvəl doğum gününü qeyd edən Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəsmi saytının yeni dizaynda istifadəyə verildiyi vurğulanıb. Bildirilib ki, Mehriban xanım Əliyeva durmadan çalışaraq ölkəsində önəmli missiyaları yerinə yetirməkdədir. Azərbaycan Prezidentinin xanımı gördüyü önəmli işlər sayəsində ölkənin ən tanınmış simalarından birinə çevrilib.

Məqalədə ötən il Vatikanda səfərdə olan Mehriban Əliyevanın Roma Papası Fransisk ilə görüşünə, bu yaxınlarda "Milan-Expo 2015" Ümumdünya sərgisində Azərbaycan pavilyonunda təşkil edilmiş "Milli gün"də iştirakına dair məqamlar yer alıb. Diqqətə çatdırılır ki, Azərbaycanın birinci xanımı idman, mədəniyyət, sosial və digər sahələrdə mühüm layihələrin təşəbbüskarıdır. Onun irəli sürdüyü təşəbbüslər hər zaman böyük əks-səda doğurur. Azərbaycanın inkişafı və dünyada təbliği istiqamətində onun ideyaları tükənmək bilmir. 2002-ci ildən Azərbaycan Gimnastika Federasiyasına rəhbərlik edən Mehriban Əliyevanın səyləri nəticəsində 2005-ci ildə Bakı gimnastika üzrə dünya çempionatına ev sahibliyi edib. Həmçinin 2004-cü ildən Heydər Əliyev Fonduna rəhbərlik edən Azərbaycanın birinci xanımı bu ilin iyununda Bakıda keçirilən ilk Avropa Oyunlarının Təşkilat Komitəsinə sədrlik edib. O, Azərbaycanda mədəniyyətin, təhsilin, səhiyyənin və idmanın inkişafında səmərəli fəaliyyətinə, Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə və birinci Avropa Oyunlarının təşkilində əvəzsiz xidmətlərinə görə "Heydər Əliyev" ordeni ilə təltif olunub.

Azərbaycanın birinci xanımının yeni dizaynda istifadəyə verilən rəsmi saytı barədə də yazan müəllif diqqətə çatdırır ki, bu internet resursunda Mehriban Əliyevanın həyatını və ictimai-siyasi fəaliyyətini əks etdirən materiallar yerləşdirilir.

Tarix
2015.08.29 / 19:04
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla