Yuxarı

Xarici ekspertlər Azərbaycana vurulan zərəri araşdıracaq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan işğalının Azərbaycana vurduğu zərərin qiymətləndirilməsi üçün İran, Moldova, Macarıstan, Almaniya, Türkiyə, Rusiya və bir çox ölkələrdən ekspertlər cəlb olunur.

Bunu Trend-ə Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycana dəymiş zərərin qiymətləndirilməsi üzrə İşçi Qrupunun rəhbəri, Milli Məclisin deputatı Xanhüseyn Kazımlı deyib.

Deputat qeyd edib ki, zərərin qiymətləndirilməsi, ictimaiyyətə açıqlanması, dünyanın diqqətinə çatdırılması, bununla yanaşı, eyni zamanda, Ermənistanın əsl simasının göstərilməsi də əhəmiyyətli məsələdir: "Oktyabr ayında Ermənistan işğalının Azərbaycana vurduğu zərərin qiymətləndirilməsi üzrə xüsusi təlim keçirməyi planlaşdırırıq. Bunun üçün xarici mütəxəssisləri dəvət etmişik. Qiymətləndirmə zamanı Azərbaycan haqqında əcnəbi tarixçilər və alimlərin nəşr olunan materiallarından da istifadə edirik".

X.Kazımlı bildirib ki, bu işi hər bir azərbaycanlı, Azərbaycan cəmiyyəti nəinki ölkə daxilində, həmçinin ölkə xaricində də aparmalıdır: "Ermənistanın Azərbaycana vurduğu zərəri sübuta yetirən məlumat, sənədə sahib olanlar bizə bu işdə kömək olmalıdırlar. Bu məsələ bütün Azərbaycan xalqı üçün əhəmiyyətli məsələdir".

Qeyd edək ki, İşçi Qrupunun ilkin məlumatına əsasən, Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyi illər ərzində vurduğu zərər təqribən 700 milyard dollar təşkil edir.

Tarix
2015.08.29 / 21:31
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla